25
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Aşağı sol küncdə Xosrov Pərvizin
ata­sı Hör­müzün təsviri verilib. Sasani
döv­rünün pad­şahlarından biridir.
Hör­müz Ənu­şirə­va­nın oğludur. Əfsa­
nələrə görə ədalətli bir padşah idi.
Hətta onun oğlu Xosrov Pər­viz ziyafət
məc­lisi qurmuş və özünü unut­muş,
atası Hörmüz öz oğlu Xosrovun ha­
kimiyyətini əlindən almış və ədalətə
üs­tün­lük vermişdir.
Aşağı sağ küncdə Firidunun təsviri
verilib. Firidun İranın əfsanəvi
pad­şahlarından biri­dir, Firdovsinin
(940‒1020/30) “Şahnamə”sin­də adı
çəklir. Xalçanın haşiyəsində div və pə­
ri­lərin təsviri verilmişdir. Bu təsvirlər
də “Şahnamə”yə bir işarədir. Firidun
da “Şah­namə”də təsvir edilən şahlar-
dandır. Xalçada təsvir edilən div və
pərilər xəyali təsvirlərdir.
Xalçanın ana haşiyəsində təsvir
edil­miş naməlum şahlar da əfsanəvi
şahlardır.
Ara sahədə Ənuşirəvanın yuxarı çevrə­sin­dəki qızlar Ənuşirəvanın
mələklərinə işa­rədir. Bu onun­la izah edilir ki, Ənuşirəvan hə­rəmxanaya
çox əhəmiyyət verərmiş. Ara sahənin aşağı və yu­xarı hissələrində xəyali
pə­rilər təkrar-təkrar təs­vir edilmişdir.
“Şahnamə”də divdən, pəridən çox danışılıb və Firudunun padşahlarının
içərisində təsviri tə­sa­düfi deyil. Bu xalçada külli miqdarda hey­vanların
təsvirləri verilib ki, onların və bu təs­virlərin hamısı xəyali təsvirlərdir. Fir-
dovsinin “Şah­namə”sindəki təsvirlərin heç biri həqiqi de­yil. Padşahların
başı üstündə günəş şüası içə­ri­sindəki insan obrazının təsviri onların nur
saç­masına bir işarədir. Yəni onlar gün işı­ğı kimi hər yana nur saçır.
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...84