21
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
millimetrdən 15 millimetrə kimi olur. İlmələrin sıxlığı 1
kvadratmetrdə 60 min­dən 400 minədək olur. Sıxlığın belə
yüksək olması xalçaların zə­rifliyi ilə yanaşı, həm də na-
xış örtüyündə yer alacaq ən incə ele­mentin belə dəqiq və
təsirli görüntüyə gətirilməsinə imkan vermişdir. Bu xalça-
ların əksəriyyəti qullabı ilmə (ona “türkbaf” da deyirlər),
bəzi hallarda isə dolama ilmə (ona “farsbaf” da deyirlər)
ilə toxunulur. Xalça və xalça məmulatlarının to­xu­nulma­
sında müxtəlif növlü yun, pambıq və ipəkdən, eləcə də
qızıl və gümüş saplardan istifadə olunur.
Təbriz qrupu xalçalarının tanınma nişanlarından biri
də onların şux və gözoxşayan rəng örtüyünə malik ol-
masıdır. Bunun üçün ilk növbədə tərkibində rəng olan
təbii bitkilərdən istifadə olunardı. Təbrizin və onun ya-
xın məntəqələrinin çəmənliklərində bo­yaq materialına
çevriləcək kifayət qədər xammal vardı. Rəng­lərin hazır­
lanmasında heyvan mənşəli maddələr də işlə­dilirdi.
Sə­nətkarlar bəzən ayranı aşılama vasitəsi kimi tətbiq
edib, yun sapların daha da parlaqlığına və şəffaflığına
na­il olurdular. Rəng­li iplərin çalarlarının daha da zən­
ginləşdirilməsi üçün təbii duz­lardan və mineral su
mən­bələrindən də istifadə edilirdi. XIX əsrdə boya
isteh­salı artıq müstəqil əhəmiyyət kəsb etməyə başla-
dı. Yüksək sənətkarlıq və kamillik dərəcəsinə çatmış
Təb­riz xalça qrupu həm Azərbaycanın özündə, həm də
qon­şu ölkələrdə xalçaçılığın inkişafına xüsusui təsir gös­
tərmişdir. Təsadüfi deyil ki, Azərbaycanın digər böl­
gələrində, eləcə də Mərkəzi Asiya, İran, Türkiyə, Hin-
distan və başqa bölgə və ölkələrin xalçaçılıq sənətində
Təbriz izi özünü aydın şəkildə büruzə verir.
Azərbaycan xalçalarının Təbriz qrupu ümuma­zərbay­
can mə­dəniyyətinin tərkib hissəsi kimi bu gün də yaşa-
yır, tarixi ənənə­lərini davam etdirməklə yanaşı, yeni bədii
xüsusiyyətlərlə şöh­rətini daha da artırır.
Xalça. "Ləçək-turunc". Yun. Xovlu. 376x271.
XX əsrin əvvəlləri. Təbriz qrupu. Azərbaycan.
Şeyx Səfi türbəsi. Ərdəbil. XVI
XVII əsrlər.
Yaylaqda. Urmiya.
Azərbaycan xalçalarının
Təbriz qrupu ümuma­
zərbay­can mə­dəniyyətinin
tərkib hissəsi kimi bu gün
də yaşayır, tarixi ənənə­
lərini davam etdirməklə
yanaşı, yeni bədii
xüsusiyyətlərlə şöh­rətini
daha da artırır.
1...,13,14,15,16,17,18,19,20,21,22 24,25,26,27,28,29,30,31,32,33,...84