92
edir. Burada incə xalça elementləri qırmızı və göy rənglərin ardıcıllığı ilə verilmişdir.
Sonra enli haşiyə gəlir, onun bəzəyi nəbati motivli, iri, ağ şəbəkəlidir. Həmdetallar, həm
də onların quruluşunun ümumi konstruksiyası həndəsi xarakterli gülşəkillidir. Onlar
təravətli, tünd-qırmızı fonda sıra ilə, şəbəkə kimi elə verilmişdir ki, sanki xalçanın ara
sahəsini – “ayna”sını əhatə edir. Hər gülşəkilli bəzək quruluşca mürəkkəb, açılmış gül
şəklində işlənmişdir, onun ağ ləçəklərinin mərkəzində qara svastika yerləşdirilmişdir.
Haşiyənin ümumi sahəsi boyu 22 svastika əks olunub. Bu haşiyə – “aynadan” xalçanın
sahəsindən qara, qızılı və göy rəngli zolaqlarla, həmçinin qızılı fonda qara və qırmızı
xalça elementli nazik haşiyə ilə ayrılmışdır. Göy zolaq xalçanın perimetrinin iki bir-
birinə əks tərəfindən xalça “ayna”sının daxili sahəsinə geniş “lülə” şəklində daxil olur
və yeddiüzlü çətir şəklində başa çatır. Bu bəzəyin fonunda incə “çilçıraq” təsviri, xalça-
nın mərkəzində isə göy fonda günəş işarəsi – ulduz mənasını daşıyan, qızılı dekorativ
xaç şəklində təsvir olunan dördüzlü göl (bəzi mənbələrdə - medalyon deyilir) verilmiş-
dir. Xalçanın “aynasının” qırmızı fonunda qızılı, göy və ağ svastikalar, iki iri trikvestr
toxunmuşdur. Gölün dörd tərəfində isə xalçanın mərkəzi hissəsinin vahid kompozisi-
yanı yekunlaşdıran ayrı-ayrı təsvirlər yerləşdirilmişdir. Bu orijinal, mürəkkəb təsvir,
tam ornamental-dekorativ yekun göy fonda verilmiş və burada sarı rənglə dekorativ
xalça elementləri toxunmuşdur...
Şəki şəhərində qırmızı məxmərdən tikilmiş, mərkəzində qızılı saplarla səkkizguşəli
ulduz əks olunmuş Quranqabı da çox maraqlıdır. Onun şüaları nəbati bəzəyə və ul-
duzlara keçib, onların arasında isə svastikalar yerləşdirilib. Quranqabı güləbətin texni-
kası ilə qızılı saplarla tikilmiş, üzərində bir-birini növbələyən güllər və yarpaqlar olan
tünd-göy rəngli məxmərlə haşiyələnmişdir. Quranqabının üçbucaq formalı qapağının
bəzəyi qızılı saplardan hörülmüş qotazlı bağla tamamlanır. “Qurani-Kərim”i onun
içinə qoyduqdan sonra qab həmin bağ vasitəsilə bağlanır.
Göründüyü kimi, müxtəlif mənalar kəsb edən svastikanın Azərbaycan incəsənətində
özünəməxsus yeri var və bu, bütün sənət növlərində öz əksini tapmışdır.
1...,84,85,86,87,88,89,90,91,92,93 95,96,97,98,99,100,101,102,103,104,...200