93
A
Azərbaycan xalçalarının sorağı indi də Macarıstandan gəldi. Azərbaycan
Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü və yardımı ilə lətif Kərimov
adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru,
sənətşünaslıq doktoru Röya Tağıyevanın “Azərbaycan xalçası” kitabı macar dilində
çap etdirilib. “Korvina” nəşriyyatında min nüsxə tirajla çap edilən kitabı macar dilinə
Andraş Soproni tərcümə edib. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev
kitaba yazdığı “Ayrılmaz yol yoldaşımız – Azərbaycan xalçası” adlı müqəddimədə
Azərbaycan xalçalarının xalqımızın maddi-mənəvi həyatında və məişətində oynadığı
roldan bəhs edib. Əsərə xalçaçılığın tarixi, texnologiyası, xalçaçılıqda istifadə edilən
alət və materiallar, xalça məmulatlarının növləri və çeşidləri, Azərbaycan xalçalarının
Qərbi Avropa rəssamlarının əsərlərində əks olunması və s.-lə bağlı 100-dən artıq ağ-
qara və rəngli illüstrasiyalar daxil edilib. Azərbaycan xalçasını tanıtmaq və təbliğ
etmək baxımından böyük əhəmiyyətə malik olan kitabın yaxın vaxtlarda Budapeşt
Təsviri Sənət Muzeyində təqdimatının keçirilməsi nəzərdə tutulub.
1...,85,86,87,88,89,90,91,92,93,94 96,97,98,99,100,101,102,103,104,105,...200