91
kəmərlərin ən gözəl nümunələrindən sayırlar. Cızma üsulu ilə bəzədilmiş Gədəbəy
kəmərinin üz hissəsində, elə bil ki, bir-birini izləyən beş heyvan təsviri verilmişdir.
Sol tərəfdən birinci, üçüncü və beşinci yerdə üstündə günəşin svastika şəklində rəmzi
təsviri verilmiş aslan fiqurları cızılmışdır. Araşdırmalar göstərir ki, uzaq keçmişdə baş-
qa Şərq ölkələrində olduğu kimi Azərbaycanda da aslan rəsmi günəş və odun rəmzi
kimi təsvir olunurdu. Aslan üzərində ucları düzbucaq şəklində əyilmiş xaçşəkilli dini
nişanın verilməsi də buna işarədir.
Məzar daşları üzərində bir çox simvolik mahiyyət daşıyan rəsmlərə də rast gəlinir.
Bunlardan İslamı təmsil edən ay-ulduz, günəşi bildirən svastika və ya zolaqlı dairə
naxışlarını göstərmək olar.
XVIII yüzillikdə Qazax rayonunda toxunmuş və hazırda Almaniyada saxlanılan kiçik
bir xalça da öz intensiv rəngli naxışlarının orijinallığı ilə diqqəti cəlb edir. Bu xalçanın
təsvirindən əvvəl qeyd etmək lazımdır ki, Qazax adı ilə bir çox ölkələrə yayılmış xal-
çalarımız təkcə Qazax rayonunda deyil, ondan çox-çox uzaqlarda – Borçalı və Qaraya-
zıda, İrəvan ərazisinin Göyçə, Ağbaba, Vedi və digər mahallarında geniş yayılmışdır.
Eni 168 sm, uzunu 235 sm olan sözügedən xalçanın geniş ara sahəsi qoşa qoç buynuzu
və rombvari naxışlı yelən ilə bəzədilmişdir. Xalçanın ara sahəsi xüsusilə bəzəkli və
rəngarəngdir. Xalçanın al-qırmızı yerliyində ardıcıl olaraq yeddi göy sxematik xonça
yerləşdirilmişdir. Öz konstruktiv quruluşu ilə Türk dünyasında geniş yayılmış, ucları
dörd müxtəlif tərəfə ayrılan svastikanı xatırladan rəsmlər elə səpkidə toxunmuşdur ki,
sanki, bir nöqtə ətrafında fırlanaraq daim hərəkət edirlər.
Araşdırmalar göstərir ki, bu elementə təkcə Qazax xalçalarında deyil, Azərbaycanın
müxtəlif yerlərində, müxtəlif dövrlərində yaranmış sənət nümunələrində də rast gəlmək
olar. Svastika Quba, Bakı, Şamaxı və s. yerlərdə toxunmuş xalçaların üzərində də var.
Bu bəzək Azərbaycan dekorativ-
tətbiqi sənətinin demək olar ki, bü-
tün tarixi mərhələlərində həm səma
cisimlərinin “şahı” sayılan günəşi,
həm də kainatın dörd əsas varlığını
təmsil etmişdir.
Bu bəzək elementi həmişə dünya
alimlərinin diqqətini özünə cəlb edib.
Ona “çərxi-fələk”, “dördlük”, “svas-
tika” adları verilib. Azərbaycanda bu
element, daha çox, dördlük adı ilə ya-
yılmışdır. Deyilənə görə, bu dairəvi
qarmaqların biri odu, biri havanı, biri
suyu, axırıncısı isə torpağı təmsil et-
mişdir.
Türkiyənin Uşaq şəhərində toxun-
muş qeyri-adi türk xalçası isə orijinal
kompozisiyası və bitkin rəng ahəngi
ilə fərqlənir. Xalçanın ara sahəsinin
qırağını göy rəngli nazik haşiyə əhatə
Namazlıq. Yun. Xovlu. 107x117. h. 1245(1824). Qazax qrupu. Azərbaycan.
1...,83,84,85,86,87,88,89,90,91,92 94,95,96,97,98,99,100,101,102,103,...200