116
Zaqatala – “Sak düzü”
Zaqatala inzibati rayonu 8 avqust 1930-
cu ildə yaranıb, 1940-cı ildə isə bura şəhər
statusu verilib. Rayon Azərbaycanın şimal-
qərbində, Böyük Qafqaz sıra dağlarının
cənub ətəklərində, Qanıx-Əyriçay vadisində
yerləşir.
Zaqatala beynəlmiləl bir rayondur. Bu
ərazidə azərbaycanlılarla yanaşı saxurlar,
avarlar, ingiloylar, ruslar və digər millətlərin
nümayəndələri yaşayırlar.
“Zaqatala” sözünün etimologiyası ilə bağlı
bir neçə versiya mövcuddur. Ən ağlabatan
“Zaqatala” sözünü “Sakatala” (Sak düzü)
adının dəyişmiş forması olmasıdır. E. ə. VII
əsrin əvvəllərində Kimmer-Skit dalğaları ilə
ÖnAsiyayadüşmüş sak tayfalarıAlbaniyanın
ərazisində də məskən salmışdılar. Bu ərazi
Kür çayının sağ sahilindən Qafqaz dağının
ətəklərinə qədər olan ərazini tuturdu.
Zaqatala rayonu da Albaniyanın ayrılmaz
hissəsi olmaqla, onun qərbində yerləşib.
Hətta indi də yaşlı zaqatalalılar “Zaqatala”
sözünü “Zaktala” kimi tələffüz edirlər.
Digər rəvayətə görə isə “Zaqatala” sözü
“zaq” və “tala” sözlərinin birləşməsindən
yaranıb. Sözün ikinci hissəsi meşəlik ərazidə
olan sahə, düzənlik mənasını verir. “Zaq”
sözü isə qədim türk dilində “yanı”, “böyrü”,
“kənarı” deməkdir. Deməli, “Zaqatala”
sözü “talanın yanı” anlamını verir və “Tala”
adı mənbələrdə Zaqatala adından xeyli
qədimdir.
Daha bir rəvayət də var ki, “Zaqatala” sözü
“Zəkəriyyə talası” sözündən yaranıb. Amma
bu məlumatın elmi əsası yoxdur.
Xalça fraqmenti. Zaqatala rayonu.
1800-cü il.
1...,108,109,110,111,112,113,114,115,116,117 119,120,121,122,123,124,125,126,127,128,...200