115
X
alçaçılıq əsrlər boyu Azərbaycan xalqının nəsildən-nəslə keçən
ən qiymətli dəyərlərindən biridir. Qədim zamanlardan bu günə
qədər Azərbaycanın hər bir bölgəsində fərqli, çeşidli xalılar toxunur.
Doğrudur,Azərbaycan xalçalarının şöhrəti artıq çoxdanölkə hüdudlarını
aşıb, ancaq bununla belə, etiraf olunmalıdır ki, bu tanıtma və təbliğat
prosesi xeyli çətin olub. Belə ki, hansısa xalçanın məhz Azərbaycana
məxsusluğunu sübut etmək, bu xalçanın öz adı ilə çağırılmasına nail
olmaq üçün, sözün əsl mənasında, mübarizə aparmaq lazım gəlib.
Belə bir tale ilə tarixən həmişə Zaqatalada əllə toxunan məşhur “Bis”
xalçası da üzləşib. Yundan toxunan bu xalçalar 1994-cü ilə qədər xaricdə
Azərbaycan xalçası kimi tanınmırdı. 1994-cü ildən isə xalça tədqiqatçısı
Vidadi Muradovun səyi nəticəsində “Bis” xalçası məhz bu adla tanındı,
hər kəs tərəfindən Azərbaycanın Zaqatala xalçası olaraq qəbul edildi...
Ekspertlərin rəyi: bu xalçada vurulan naxışlar
zaqatala ərazisində yaşamış
qədim türk tayfalarına məxsusdur!
1...,107,108,109,110,111,112,113,114,115,116 118,119,120,121,122,123,124,125,126,127,...200