117
Zaqatala bölgəsində qədim Alban mədəniyyətinin izləri
yaşayır. Bu maddi mədəniyyət abidələri sırasına rayonun
Yuxarı Çardaqlı kəndində yerləşən “Pəri qalası” da aiddir.
“Pəri qalası”nın tikilmə tarixi, məqsədi və təyinatı dəqiqliyi
ilə məlum olmasa da, tədqiqatçılar qalanı V əsrə aid edirlər.
Zaqatala abidələri
Talesiz “Bis” xalçası
Zaqatalanınzənginmaddimədəniyyət nümunələri sırasındaxalçalar xüsusi yer tutur.Əsrlər boyubuərazidə
yaşayan türk tayfaları xalçaçılıq sənətinə bö­yük töhfələr veriblər. Zaqatala xal­ça­ları özünəməxsus naxışları,
təbii rəngləri ilə həmişə məşhur olublar. Burada yetişdirilən qoyun cinsinin yunundan toxunan xalçalar digər
bölgələrdəkindən fərqlənirdi. Burada yun daha qaba olurdu. Ancaq uzun illər dünya xalçaçıları və xalçaçılıq
mərkəzləri yerli camaat arasında “Bis xalçası” adlandırılan bu xalıların məhz Zaqatalada toxunduğundan
xəbərsiz idilər. Dünyanın əntiq xalça həvəskarları Zaqatalada toxunan bu xalçaları öz kolleksiyalarında
Qazax xalçaları adı ilə saxlayırdılar. Nəhayət, bu yanlışlığa 1994-cü ildə son qoyulur. 1992-ci ildən başlayaraq
Zaqatalada toxunan xalçaların mənşəyi ilə maraqlanan və araşdırmalar aparan xalçaşünas Vidadi Muradov
dünya mütəxəssislərini Azər­bay­cana dəvət etməyə qərar verir. 1993-cü ildə ingiltərəli xalça mütəxəssisi Toni
Hezldayn Bakıya gəlir. Xalça tədqiqatçıları birlikdə Zaqatalaya – “Bis” xalçasının ən çox toxunduğu Muxax
kəndinə yollanırlar. Mütəxəssislər burada toxunan xalçalar, Zaqatalanın tarixi abidələri ilə tanış olur, Muxax
kəndində xeyli araşdırmalar aparır, yerli sakinlərlə söhbət edir və xalçaları öyrənmək üçün Nyu-Yorkun
xalçaşünasları ilə danışıqlar aparırlar. Bir müddət sonra ekspertlərin cavabı məlum olur: bu xalçada vurulan
naxışlar Zaqatala ərazisində yaşamış qədim türk tayfalarına məxsusdur!
Ekspertlər, həmçininbuxalçalarlaTürki­yəninKonyaşəhərində toxunanxalçaların toxunma texnologiyasının
eyni olduğu qə­naə­tinə də gəlir.
1...,109,110,111,112,113,114,115,116,117,118 120,121,122,123,124,125,126,127,128,129,...200