118
Bis xalçası.Yun. Xovlu. 175x158. 1820-ci il.
Zaqatala rayonu, Əliabad kəndi.
Beləcə, toxunma texnologiyasına, özünəməxsus ornament və naxışlarına əsasən
məşhur “Bis” xalçalarının həqiqətən Zaqatalaya aid olduğu təsdiqlənir. Toni
Hezldayn isə londona dönəndən sonra 1994-cü ildə Azərbaycanın bu gözəl guşəsi
haqqında təəssüratlarını “Halı” dərgisində “Zaqatalaya gedərkən” adlı məqalədə
qələmə alır. Dərginin 78-ci sayında Hezldayn bu yerlərin zəngin mədəniyyətini,
özünəməxsus xalçalarını, onların təkrarsız naxışlarını heyranlıqla vəsf edir.
Məqalədə bu vaxta qədər Qazax xalçası kimi qəbul edilən məşhur “Bis” xalçaları
öz adı, yəni Zaqatala xalçaları kimi təqdim olunur. Dərginin 24-cü səhifəsində isə
avstriyalı xalçaçı Kelimhaus Cohenikin kolleksiyasında saxlanan Zaqatala xalçası
oxucuların nəzərinə çatdırılır.
Beləcə, Zaqatala xalçalarının taleyinə düşmüş bu yanlışlıq aradan qalxır və “Bis”
xalçasının adı bərpa edilir.
əsl adını alan Zaqatala xalçası
1...,110,111,112,113,114,115,116,117,118,119 121,122,123,124,125,126,127,128,129,130,...200