124
başladığını düşünmək daha məntiqli olardı. Demək, I Təhmasibin
müəllimi olduqdan sonra məşhurlaşan və saraya yol tapan Behzadın
Təbriz kitabxanasına gəlişi ən yaxşı halda 1520-ci ilə təsadüf edə bilər”
[О. Ф. Акимушкин. “Средневековый Иран: Культура, история, филология”, СПб; “На-
ука” 2004, səh. 60-61].
Təsadüfi deyil ki, I İsmayıl Behzadı yalnız 1522-ci ildə kitabxananın
rəhbəri vəzifəsinə təyinedir.ƏgərÇaldırandöyüşüərəfəsindəo, buqədər
tanınmış olsaydı, Şah çoxdan onamədəniyyət sahəsində məsul bir vəzifə
həvalə edərdi. Behzadın Səfəvi dövlətinin yeni yarandığı dövrlərdə,
ümumiyyətlə, tamam fərqli mühitdə, yəni Heratda və fərqli hamilərin
nəzarəti altında fəaliyyət göstərməsi faktı da onun Təbriz sarayı ilə xeyli
sonralar tanış olduğuna dəlalət edir. Əks təqdirdə, Behzadın I İsmayılın
əsas düşmənlərindən olan özbək hökmdarı Şeybani xanın 1507-ci ilə
aid edilən portretini yaratması faktına heç cür izah vermək mümkün
deyil. Tarixdən məlumdur ki, Səfəvilər Şeybani xanı ancaq 1510-cu ildə
məğlubiyyətə uğratmış və Behzadın yaşadığı Heratı da yalnız bundan
sonra öz təsir dairələrinə daxil edə bilmişdilər. Deməli, ən azı 1510-cu
ilə qədər Behzadla Səfəvilər arasında hər hansı sıx münasibətdən söhbət
gedə bilməz. I Təhmasibin 1514-cü ildə dünyaya gəldiyi və Behzadın
adının yalnız bundan sonra Səfəvi sarayında hallanmağa başladığını
nəzərə alsaq, sözügedən əfsanənin tutarsızlığı tam şəkildə əyan olur.
Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, nədənsə bu yoxlanılmamış
məlumat müsəlman təsviri sənətinin tarixini araşdıran ciddi
tədqiqatçıların əsərlərində yer alıb.Məsələn, tanınmış rusiyalı sənətşünas
B. Denike (1885–1941) Behzad haqqında bu əfsanəyə müraciət edərək
yazır: “I Şah İsmayıl incəsənətə yaxın biri idi və o, Behzadı yüksək
qiymətləndirirdi. Salnaməçilər iddia edirlər ki, Şah türklərlə müharibəyə
yollanmamışdan öncə saray xəttatı Mahmud Nişapurinin və rəssam
Behzadın düşmən əlinə keçmələrini istəmədiyini bildirərək, onları
etibarlı yerdə gizlətməyin qeydinə qalmışdır. Uğursuz müharibədən
qayıdarkən isə onun ilk maraqlandığı məsələ Behzadın sağ qalıb-
qalmadığı olmuşdur”
[bax: Б. Денике. “Искусство Востока”, Казань; 1923, səh. 98-99].
Beləliklə, mənbələrdən məlum olur ki, I İsmayıl 1522-ci ildə ahıl
Behzadı Təbriz kitabxanasına rəhbər təyin edir və bundan cəmi 2 il sonra
dünyasını dəyişir. Nəticədə, kitabxananın taleyində yeni və son səhifə
açılır – I Təhmasib dövrü.
Səfəvi taxtını atasından təhvil alan I Təhmasib sələfindən fərqli olaraq,
şeirə yox, məhz rəssamlığa meyilli bir şəxs idi. Onun uşaq yaşlarından
əvvəlcə Behzaddan, sonra isə Sultan Məhəmməddən səylə rəssamlığın
sirlərini öyrənməsi bunun bariz sübutudur. Elə orta əsr salnaməçilərinin
özləri də Təhmasibin təsviri sənətə olan xüsusi münasibətini gizlətmirlər.
Məsələn, Budaq Qəzvini Şahın sənətə olanmeyli haqqda bunları yazırdı:
“Allah qulu Şah Təhmasibin uşaq yaşlarından rəssamlığa və kitab
bəzəməyə meyli olduğundan dünyanın müxtəlif ölkələrindən onun
yanına bu işlə məşğul olan şəxslər dəvət edilirdi”.
Yaxud, İskəndər Münşinin məsələyə dair qeydlərini xatırlayaq: “I
Təhmasib həzrətləri hələ uşaq yaşlarından rəssamlığa güclü məhəbbət
və həvəs göstərirmiş. Behzad, Sultan Məhəmməd, Ağa Mirək kimi
sənətkarlar onun abad kitabxanasında fəaliyyət göstərmişlər. Əlahəzrət
bu peşənin sahiblərinə xüsusi rəğbət göstərirdi. Dövlət işlərindən boş
qalan vaxtlarda o, rəssamlıqla məşğul olmaqdan xüsusi həzz alardı”
[О.
Ф. Акимушкин. “Средневековый Иран: Культура, история, филология”, СПб; “Наука”
2004, səh. 353-354].
Miniatür. “İsgəndər və yeddi filosof”
Behzad. “Xəmsə” Nizami. XV əsr.
Britaniya kitabxanası. London.
I Təhmasİb dövrü.
Kitabxananın yüksəlişi və sonu
1...,116,117,118,119,120,121,122,123,124,125 127,128,129,130,131,132,133,134,135,136,...200