123
Mənbələrin məlumatına əsasən I İsmayıl mədəniyyət xadimlərinin,
ələlxüsus da rəssam və xəttatların təhlükəsizliyinə böyük diqqət
yetirər, onların müharibələr zamanı düşmənin əlinə keçməməsi
üçün qabaqlayıcı addımlar atarmış. Səfəvi hökmdarının bu cür
addımları o qədər geniş vüsət almışdı ki, salnaməçilər tərəfindən
onların əksəriyyəti əfsanələşdirilmiş və bu zaman hətta bəzi tarixi
uyğunsuzluqların meydana gəlməsinə heç fikir də verilməmişdi.
Sonralar isə təzadlarla müşayiət edilən bu cür məlumatlar rəssamlıq
sənətinin tarixindən bəhs edən ciddi elmi mənbələrə, dərsliklərə
yol tapmışdı. Belə məlumatların bariz nümunəsi, guya, I İsmayılın
Çaldıran döyüşü ərəfəsində sonralar Təbriz kitabxanasına rəhbərlik
etmiş istedadlı rəssam, “Şərqin Rafaeli” adını daşıyan Kəmaləddin
Behzadı (1455–1526\1530) və Şah Mahmud Nişapurini gizlətməsi
haqqında deyilənlərdir. Məsələ burasındadır ki, Behzad vətəni
Heratdan Təbrizə 1522-ci ildə, yəni Çaldıran döyüşündən 8 il sonra
I İsmayılın varisi, müəllimi olduğu I Təhmasiblə birgə gəlmişdi.
Bu halda onun Çaldıran döyüşü ərəfəsində I İsmayıl tərəfindən
gizlədilməsi faktı öz təsdiqini tapmır. Şah Mahmud Nişapuriyə
gəlincə, o, həmin vaxt hakim dairələrdə, ümumiyyətlə, tanınmayan,
adı məhdud çərçivəyə məlum bir sənətkar olmuşdur və Akimuşkinin
dediyi kimi I İsmayılın hələ püxtələşməkdə olan, öz əmisi Abdulla
Nişapurinin yanında ustad dərsləri alan birisinə bu qədər böyük
əhəmiyyət verəcəyi inandırıcı görünmür
[daha ətraflı bax: О. Ф. Акимушкин. “Средневековый
Иран: Культура, история, филология”, СПб; “На-
ука” 2004, səh. 61].
Osmanlı tarixçisi Mustafa Dəftəri tərə-
findən Behzada dair verilən və heç bir
Səfəvi qaynağında öz əksini tapmayan bu
məlumata şübhə ilə yanaşan İ. Şukin və O.
Akimuşkindəvaxtilə sözügedənəfsanədə
nəzərə çarpan ziddiyyətlərə diqqət
çəkmişlər. O. Akimuşkin həmkarının
arqumentlərini öz mülahizələri ilə
birləşdirərək bu barədə yazırdı: “Mustafa
Dəftərinin məlumatına tənqidi yanaşan
ilk tədqiqatçı İran miniatürlərini araş-
dıran İ. Şukin olmuşdur. O, Mustafa
Dəftərinin məlumatlarını salnaməçi Qazi
Əhmədin qeydləri ilə qarşılaşdırarkən
bu qənaətə gəlmişdir. Belə ki, Qazi
Əhməd I İsmayılın kitabxanasında fə-
aliyyət göstərən Sultan Məhəmməd
haqqında məlumat verərkən yazır ki,
yeri cənnət bağcaları olan I Təhmasibin
müəllimi Behzad Heratdan İraqa yenicə
gəldiyi vaxt Sultan Məhəmməd Təbriz
kitabxanasında çalışan məşhur rəssam
idi. Behzad Təhmasibə uşaq yaşlarından
xəttatlıq və rəssamlığın sirlərini öyrədirdi.
I Təhmasibin müasiri olan tarixçi Həsən
bəy Rumlu I Təhmasibin 22 fevral 1514-
cü ildə dünyaya gəldiyini yazır. Deməli,
Çaldıran döyüşü ərəfəsində onun cəmi
6 ayı tamam olmuşdu. 6 aylıq körpənin
isə rəssamlıq və xəttatlıqla məşğul
olması mümkünsüzdür. Təhmasibin bu
işlərlə ancaq 6-8 yaşında məşğul olmağa
Şah Təhmasib.
Rəssam: Nərmin Xankişiyeva.
ŞAh təhMASİB
(1514–1576)
– Səfəvilər dövlətinin ikinci şahı,
Şah İsmayıl Xətainin oğlu. Şah
İsmayılın ölümündən sonra,
1524-cü ildə 10 yaşında taxta çıxıb.
Azərbaycan tarixində hakimiyyətdə
olma müddətinə görə ən uzunö-
mürlü hakim sayılır. Hakimiyyətdə
olduğu dövrdə Osmanlı imperiyası
ilə müharibələr aparıb. İki dövlət
arasında yalnız 1555-ci ildə Ama-
syada sülh müqaviləsi bağlanıb.
Təhmasibin hakimiyyəti dövründə
ölkənin mədəni, iqtisadi inkişafı da
xeyli yüksəlmişd
i.
1...,115,116,117,118,119,120,121,122,123,124 126,127,128,129,130,131,132,133,134,135,...200