89
“buta” – tovuz quşunun stilizə olunmuş
təsviri (qədim türk tayfaları təsvirdə
alov diliminə – butaya çevrilmiş tovuz
quşunu ilahiləşdirirdilər) simvolu da
yayılmışdı.
Təsvirdə tamamilə bəzək mahiyyəti
daşıyan, ilkin semantikasını təkrarlayan
bu simvolu sonradan transformasiyası
nəticəsində yaranan nəbati ornament
forması ilə qarışdırmaq olmaz.
Altayda (Birinci Tuektin kurqanında)
butanın dörd elementinin bir-birinə to-
xunan günəşəbənzər təsviri, həmçinin,
həmin kurqandan tapılmış, forması-
na görə dəniz ulduzunu xatırladan
və altıguşəli svastika–günəş, svastika
şəklində dəridən kəsilmiş dörd qrifon
başı Günəş və Od simvollarının qədim
türk incəsənətində geniş yayılmasını
əyani surətdə təsdiq edir.
Svastika halqalarından ibarət zəncir –
ornamental haşiyə XII əsrdə Naxçıvan
şəhərində tikilmiş Möminə xatun və Yu-
sif ibn Küseyrin türbələrinin portallarını
bəzəyir.
Konya şəhərində XIII əsr türk-səlcuq
abidəsi sayılan Sirçalı mədrəsəsinin di-
varının kaşı üzündə geniş ornamental
haşiyəli üçbucaqların içində buruqları
nəbati elementdən ibarət trikvestrlər ve-
rilmişdir.
Sivas şəhərində sultan İzzəddin Key-
kavusun məqbərəsi üzərində svasti-
kalardan və səkkizguşəli ulduzdan
ibarət həndəsi ornament əks olunub.
Buna oxşar ornament cüzi fərqlə həmin
şəhərdə, Səlcuq dövrünə aid Göy
məscidin divarlarından birinin yan ter-
rasında təkrarlanır.
Səmərqənd şəhərindəki Bibixanım
məscidinin portalında, Almaniyada
yazıçı, doktor Rudolf lotarın kollek-
Xalça. “Malıbəyli”. Yun. Xovlu. 224x140. XIX əsrin sonları.
Qarabağ qrupu. Azərbaycan
1...,81,82,83,84,85,86,87,88,89,90 92,93,94,95,96,97,98,99,100,101,...200