131
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
niyyət nümunələri üzərində, əsasən, aypara
buynuzlu öküz təsvirlərinə rast gəlinir. xaç-
bulaq kəməri üzərində hərbi araba təsviri
verilmişdir. Müharibələrdə silahların ən
dəhşətlisi, dövrünə görə, döyüş arabaları
sayılırdı. Kəmərin üzərində təsvir olunmuş,
ikitəkərli hərbi araba orta tunc dövründə
yaranıb, iki döyüşçü üçün nəzərdə tutu-
lurdu. Ona iki at qoşulurdu. Bu tip araba
təsvirlərinə e. ə. xVII əsrdə Yaxın Şərqdə rast
gəlinir. Bu arabalar vasitəsilə müharibələr
zamanı sərkərdə və döyüşçülər bir cinah-
dan digərinə tez hərəkət edə bilirdilər.
Azərbaycanda simvolik araba xanlar ra-
yonunun 150 saylı qəbrindən əldə edil-
mişdir. Cənubi Azərbaycanın Urmiya gölü
ətrafında yerləşən Həsənli abidəsindən (e.
ə. VIII əsrə aid) tapılmış qızıl cam üzərində
də ikitəkərli üç araba təsviri diqqəti cəlb
edir. Kəmərlər üzərindəki bütün təsvirlər
bir-birini tamamlayaraq kompozisiyalara
tabe olmaqla yanaşı, kəmərdəki estetik-
liyi və müharibənin törətdiyi dəhşətləri
özündə əks etdirir. Bu kəmər üzərində də
biz müharibənin törədə biləcəyi dəhşətləri
görürük.
Kəmər üzərindəki semantik məna daşı-
yan həndəsi ornamentlər, kosmik səma
cisimləri (günəş təsvirləri) müharibəyə
gedən, döyüşən insanların ölüm-dirim, ya-
xud uzunömürlülük məsələsini özündə
təmsil edirdi. Mifik obrazlar isə müharibə
zamanı özündə güc-qüvvəti simvollaşdır-
maqla yanaşı, döyüşən insanların qoru-
yucusu kimi allahlar şəklində ifadə olu-
nurdu. Kəmərlər üzərində olan təsvirlərin
bədii ifadəsi, ətraf mühit elementlərinin
lakonik həndəsiləşdirilməsi, mifik və real
obrazlardan istifadə Azərbaycanın qədim
dövr təsviri sənətinin estetik prinsiplərinin
əsaslarını təşkil edir.
Göründüyü kimi, e. ə. II-I minilliklərdə
Azərbaycan əraziləri də yadelli hücum-
lara məruz qalmışdır. Kəmərin üzərində
təsvir olunan hərbi səhnələr isə şübhəsiz
ki, qələbədən xəbər verir. Sözsüz ki, bu
kəmərlər müharibələrdə igidlik göstərib
və qələbə çalan döyüşçülərə–sərkərdələrə
məxsus olmuşdur.
Əldə olunan əşyavi dəlillərə baxmayaraq,
çox təəssüf ki, Azərbaycanın qədim tarixi
səhifələri hələ tam şəkildə açılmamış, köklü
araşdırılmamışdır.
Azərbaycanın qədim dövr hərb tarixi-
nin və incəsənətinin öyrənilməsində bu
sənət əsərlərinin böyük əhəmiyyəti vardır.
Rəssam idrakının, onun bədii təfəkkürünün
məhsulu olan bu yaradıcılıq nümunələri
qədim tayfaların ideya-bədii və estetik
təfəkkürünün, baş verən siyasi hadisələrin
nəticəsi olmaqla yanaşı, həm də dövrünün
dəyərli sənət əsərləri sayıla bilər.
Aparılan araşdırmalar kəmərlərin hər iki-
sinin qədim azərbaycan-türk tayfalarına
məxsus olduğunu deməyə bir daha əsas ve-
rir.
ƏDƏBİYYAT
Avşarova İ. xocalı-Gədəbəy mədəniyyəti tayfalarının bədii tunc məmulatı (e. ə. xIV-VII əsrlər). Bakı, 2007
Baxşəliyev V. Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti. Bakı, 2004
Əfəndiyev R. Azərbaycanın bədii sənətkarlığı. Bakı, 1966
Əliyev V. H. Baba-Dərvişdə son tunc və ilk dəmir dövrü yaşayış yerləri //Azərbaycan Maddi Mədəniyyəti, VIII c,
Bakı, 1976
Qazıyev S. M. İki küp və iki katakomba qəbri // AMM, II c, Bakı, 1953
Qaşqay S. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı, 2006
Seyidov M. Azərbaycanın mifik təfəkkürünün qaynaqları. Bakı, 1983
Coetze A. The Roads of Northern Cappadocia in Hittite. Times – RHA t. 15 fasc. [Reü. na: kvox] – jos vot. 16. 1962, №1
Антонова Е. В. Мургабски печати в свете религиозно-мифологических представлении Его Средней Азии.
Средняя Азия, Кавказ и зарубежный Восток в древности. М., 1983
Гуммель Я. И. Раскопки к его-западу от Ханлара в 1941 г. // Вестник древней истории. 1972
Гуммель Я. И. Погребальный курган (№1) около Еленендорфа. Баку, 1931
Державин В. Д. Курганы эпохи бронзы. у.с. Бутори Молдавии // Советская Археология, 1976, №2
Ионе Г. И. Мингечаурские разновидности наконечников стрел скифского типа // Материальная Культура
Азербайджана, т., III, Баку, 1953
Кесаманлы Г. П. Погребение с бронзовым поясом из Хачбулага Азерб. ССР. Баку, 1996
Крупнов Е. И. Древнейшая культура Северного Кавказа. М., 1960
Питровский Б. Б. Кармир-Блур. т. IV, Ереван, 1950
Страбон. География. М., 1964
Cida başlığı
(Mingəçevir)
1...,123,124,125,126,127,128,129,130,131,132 134,135,136,137,138,139,140,141,142,143,...204