129
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
biqi sənətində əsasən qoşa düz xətlə verilmiş
«su» naxış elementi bədii tərtibatlı məmulatlar
üzərində haşiyə hissələri düz xətlər vasitəsilə
bir-birindən ayırır. Ara sahəni (buna bəzən ana
sahə də deyilir) dolduran elementlərə gəldikdə
isə onlar forma, məzmun etibarı ilə bir-birindən
fərqlənsələr də hamısı kompozisiyanın əsasını
təşkil edir və eyni mövzuya qulluq edirlər.
Kəmərin əsas süjet xəttində semantik məna daşı-
yan müxtəlif həndəsi simvollar da mövcuddur.
Birinci haşiyədə biz qabarıq nöqtələrlə işlənmiş
torpağın simvolunu görürük. İkinci haşiyə zo-
lağında isə uzun su yolunu simvollaşdıran
həndəsi element təsvir olunmuşdur. Kəmər
parçasının üzərində araba təkəri modelini xatır-
ladan – günəşi özündə simvollaşdıran təsvirlər
də diqqəti cəlb edir. B. B. Piotrovskinin fikrincə,
bu işarələrlə qədim dövrlərdə Cənubi Qafqazda
günəş simvollaşdırılmışdır. Strabon isə apardı-
ğı tədqiqatlar əsasında yazır: «Qafqaz albanları
Allah əvəzinə günəşə sitayişi üstün tutmuşlar».
Günəş rəmzi olan araba təkəri formalı işarələr
günəşin əbədi hərəkət inamı ilə bağlıdır.
Şərur kəmərinin ana sahə zolağı müharibə səh-
nəsini özündə əks etdirir. Günəşi, suyu özündə
xarakterizə edən semantik naxış elementləri
ilə yanaşı, kompozisiyanın ana xəttini qanad-
lı qrifonlar və ağzında insan başı aparan qar-
talın mifik obrazı təşkil edir. Dövrünə görə şir
və qartal təsvirləri hakimiyyət simvolu olmaq-
la yanaşı, özlərində şahların obrazlarını təmsil
etmişlər. QədimAnadolu türk tayfalarının mifik
baxışlarına görə I çar xattusili xassuva torpaq-
ları üzərində olan qələbədən sonra özünü şirlə
müqayisə etmişdir. Qrifonların qanadlı və qa-
nadsız təsvirləri qədim Azərbaycan və Şumer
incəsənəti üçün xarakterikdir. Bu mifik varlıq-
lar özündə güc və hakimiyyət rəmzini simvol-
laşdırır. Qrifonlar, adətən, maddi mədəniyyət
nümunələri üzərində şir, qartal bədənli və ya
xoruz başlı təsvir olunur. Azərbaycanın maddi
mədəniyyət nümunələri üzərində olan qrifonla-
rın oxşar nümunələrinə Manna incəsənətində də
təsadüf olunur.
Kompozisiyanın əsas süjet xəttinə gəldikdə
isə, demək olar ki, qədim dövrün sənətkarı döv-
rünün dəhşətli müharibə səhnəsini ustalıqla
kəmərlər üzərində verə bilmişdir. Kəmər qırığı-
nın üzərində – ana sahədə hərbi geyimdə olan
iki süvari döyüşçü, bir parçalanmış insan bədəni
və ölmüş at cəsədi vardır. Atların baş və sinə
bəzəkləri onların yüksək rütbəli hərbçilərə aid
olduğunu göstərir. Atlıların sol əlində dairəvi
qalxan var, kürəklərindən isə ox, kaman asıl-
mışdır. Ümumiyyətlə, qalxan döyüş zamanı,
adətən, sol çiyindən və ya qoldan asılırdı.
Atlılar dinamik hərəkət formasında – qaçar-
kən təsvir olunmuşlar. Atların quyruqları orta
hissədən bağlanmışdır. İnsan bədəni yerdə
başsız təsvir olunmuşdur. Bədəndən ayrıl-
mış baş uçan qartal ağzında verilmişdir. İnsan
bədənindən arxada isə iki atın cəsədi verilmiş-
dir. Kompozisiyanın gedişatından göründüyü
kimi süvarilərin əlində qılınc olmalı idi, nədənsə
rəssam bunu şərti olaraq vermiş və savaş mey-
danında insanın kəsilmiş başı vasitəsilə müha-
ribənin dəhşətlərini göstərə bilmişdir. Bu səh-
nəyə biz Şəki xan sarayının divarını bəzəyən
miniatürlərdə də rast gəlirik.
xaçbulaqdan əldə olunan kəmərin əsas süjet
xətti də hərbi səhnə təsvirindən ibarətdir. Bu
kompozisiyada yürüş və döyüşü eyni vaxtda
tamaşaçıya çatdıra biləcək anlar verilmişdir.
Ornament elementlərinin haşiyə zolağı hər iki
tərəfdən bir cərgədən ibarət verilmişdir. Haşiyə
zolağının qıraq hissəsi burma naxışla, mərkəzi
zolaq isə iki cərgə bir-birinə keçən spirallarla
işlənmişdir. Bir-birinə keçən naxış elementləri
dünya mifologiyasında əbədi hərəkəti simvol-
laşdırır.
E. İ. Krupnov və R. M. Munçayev qeyd edirlər
ki, spiralvari naxış İran və Mesopotamiya
incəsənəti üçün xarakterik deyil.
Q. S. İsmayılov spiralvari naxışları günəş inamı
ilə bağlayır.
Ön Asiya incəsənət abidələrində təsvir olunan
spiral və hörükvari ornament zamanın sonu
olmayan gedişini, günəşin, ayın, ulduzların
hərəkətini göstərir və uzun ömürlülüyə işarədir.
Ümumiyyətlə, spiralvari naxış və işarələrə,
hörükvari ornamentlərə Azərbaycanın müxtəlif
tarixi mərhələlərinə aid maddi mədəniyyət
nümunələri üzərində çox təsadüf olunur.
Talış-Muğan mədəniyyətinə aid tunc qılıncdan fraqment
Tunc qın (Xaçbulaq)
1...,121,122,123,124,125,126,127,128,129,130 132,133,134,135,136,137,138,139,140,141,...204