130
Göründüyü kimi, həndəsi naxışların kəmərlər
üzərində verilməsi heç də təsadüfi olmayıb,
hərb yürüşü və müharibələrdə zamanın gedi-
şatını özündə əks etdirən semantik işarələrdir.
Şübhəsiz ki, spiral, qoşa düz xətt, hörükvari
naxışların hansı məna daşıdığını nəzərə alan
qədim Azərbaycan sənətkarları onları əlaqəli
elementlərlə birgə təsvir etmişlər. Spiral na-
xış elementi Azərbaycanın son tunc dövrü
incəsənəti nümunələri üzərində geniş yer almışdır.
xaçbulaq (№4) daş qutu qəbrindən əldə olunan təsvirlər real həyat səhnələri ilə yanaşı özündə
mifik obrazları da cəmləşdirmişdir. Kəmərin əsas süjet xətti insan, heyvan və iki at qoşulmuş
ikitəkərli hərbi araba təsvirindən ibarətdir. Arabanın qarşı və arxa tərəfində zirehli geyimli, ba-
şına dəbilqə qoymuş hərbi yürüş edən hərbçilər təsvir edilmişdir. Arabanın arxa tərəfində gedən
hərbçi ox atarkən təsvir olunmuşdur. İnsan təsvirlərinin hər ikisinin sol tərəfində təbərzin balta
rəsmləri verilmişdir. Bu təbərzin baltalar kəmərin üzərində müxtəlif istiqamətlərdə atılaraq təsvir
olunmuşlar. Bu da, öz növbəsində, kompozisiyaya dinamik hərəkət gətirir. Arabadan arxada insa-
nın ardınca dinamik hərəkət formasında addımlayan fantastik maral və ondan arxada aypara buy-
nuzlu öküzlər təsviri vardır. Kompozisiyanın üzərindəki bütün rəsmlərin daxili nöqtələrlə döyül-
müş və sünbülvari naxışlarla qravürə olunmuşdur. Kəmərin üzərində semantik məna kəsb edən
araba təkəri formalı günəş işarəsi təsviri də vardır. Dairənin daxilində verilmiş çərxi-fələk rəmzi
Azərbaycan tayfaları və skiflər arasında çox geniş yayılmış bir işarədir.
Hətta tunc dövrünə aid Sarıtəpə, Baba-dərviş (məbədinin divarlarında
və abidədən tapılmış gil pintaderlər üzərində yalnız çərxi-fələk işarə-
sinə təsadüf olunmuşdur. Bu həndəsi ornament əbədiyyəti, dörd ün-
sürü – dünyanın dörd tərəfini, odu, suyu, torpağı, küləyi və s. özündə
simvollaşdırır. Çərxi-fələk qədim dünya mifologiyasında insan və ant-
ropomorf allahların modeli kimi də çıxış edir .
Kəmərin üzərində mifik obraz olan aypara buynuzlu öküzlər və
buynuzun üzərində aşağı və yuxarı istiqamətlənən üçbucaqlarla ve-
rilmiş maral təsviri də vardır. Mifik təsəvvürlərə görə Oğuzun Ay və
Öküzün izdivacından yarandığı göstərilir. Öküz və maral təsvirləri
Azərbaycanın bədii məmulatları və petroqlifləri üzərində geniş yayıl-
mışdır.
Azərbaycanın maddi mədəniyyət nümunələri arasında maral
təsvirlərinə də az təsadüf olunmur. Marala sitayiş Azərbaycanda yaşa-
yan qədim tayfalar arasında geniş yayılmışdır. Maral basdırılma adəti
xanlar rayonunun 148 və 150 saylı son tunc dövrünə aid qəbirlərindən
məlumdur.
S. M. Qazıyevin fikrincə, Azərbaycanda maral adını daşıyan tayfa-
lar yaşamışlar. Maral təsvirləri özündə müqəddəslik və nəsil artımı
ideyasını simvollaşdırır. Kəmər üzərində olan maralın buynuzu şərti
verilmiş, üzəri ucu aşağı və yuxarı üçbucaqlarla işlənmişdir. Dünya
mifologiyasında və Azərbayycan təsviri sənətində üçbucaqlar ölümü
və yenidən zühur etməni özündə simvollaşdırır.
Bundan başqa, kəmərin üzərində aypara buynuzlu öküz təsvirləri
kəmərin ara sahəsində dinamik hərəkət formasında verilmişdir.
Azərbaycan (türk) mifoloji düşüncələrinə görə mifik obraz olan Oğuz
özündə danın sökülməsini və səhərin açılmasını təmsil etmişdir.
Öküz təsvirləri e. ə. III-I minilliklərdə qədim İranda, Orta Asiyada,
Hindistanda və Azərbaycan türk tayfaları arasında Ay Allahı kimi
çıxış edirdi. Qədim Misir və Şumer mifologiyasında öküz təsvirləri
Allahın yer üzünə zühuru kimi verilirdi. Azərbaycan maddi mədə-
Tunc toppuzlar
(Gədəbəy)
Xaçbulaqdan tapılmış tunc kəmər fraqmentləri
Tunc nizələr (Xanlar)
1...,122,123,124,125,126,127,128,129,130,131 133,134,135,136,137,138,139,140,141,142,...204