128
Bu dövrlərdə döyüş zamanı zirehli geyim-
lərdən istifadə olunurdu ki, bunun da bariz
nümunəsi bədii tərtibatlı tunc kəmərlərdir. Kə-
mərlər üzərindəki kompozisiyalar döyüş ara-
balarının və süvarilərin döyüşdə iştirak etmə-
sini bir daha sübut edən dəyərli mənbələr
sayıla bilər. İkitəkərli hərbi arabalara gəldikdə
isə Azərbaycanın qayaüstü petroqliflərində bu
təsvirlərə rast gəlinir.
Aparılan arxeoloji tədqiqatlar bir daha sü-
but edir ki, Yaxın Şərq tayfaları ilə Azərbaycan
tayfaları arasında münasibətlər yalnız ticarət
əlaqələrində deyil, ictimai-siyasi prosesləri qa-
barıq şəkildə əks etdirən abidələrdə də özünü
göstərir. Belə ki, biz maddi mədəniyyət nümu-
nələri arasında elə çoxsüjetli kompozisiyalara rast
gəlirik ki, onlar xalqımızın qədim dövr tarixini
özündə əks etdirən dəyərli tarixi mənbələr hesab
oluna bilər. Belə mənbələrdən biri Naxçıvanın
Şərur rayonundan əldə olunan təsadüfi tapın-
tıdır. Kəmərin tapıldığı yerdən zınqırovşəkilli
möhür də əldə olunmuşdur. Möhürün
üzərində ayaqları qatlanmış qanadlı dağ keçi-
si və ona halqavari şəkildə dolaşan ilan təsviri
vardır. Keçinin ilanla təsviri Mesopotamiya və
Cənubi Azərbaycan qliptikasının geniş yayılmış
motivlərindəndir .
Məlumdur ki, ayaqları qatlanmış heyvan fiqur-
ları Qədim Şərq incəsənəti üçün də xarakterik-
dir. Bu tip keçi təsvirlərinə Rassamara, Qezer
və Ağaverdidən tapılmış möhürlər üzərində
də rast gəlinmişdir. Keçinin ayaqları bükülmüş
təsvirləri Manna və Skif incəsənəti üçün də xa-
rakterikdir. E. ə. II minillikdən «heyvan stili»
mədəniyyəti Azərbaycan tayfaları arasında da
geniş yayılmışdır. E.ə. I minilliyin əvvəllərində
Şumer incəsənətindən gəlmiş real və fantastik
heyvan obrazları Azərbaycanın son tunc və ilk
dəmir dövrü incəsənət nümunələri üzərində ge-
niş yer almışdır. Möhür və kəmərin bir yerdən
tapılması isə onun tanınmış, həm də eyni bir
şəxsə məxsus olduğunu göstərir. V. Baxşəliyev
hər iki tapıntını e.ə. VIII-VII əsrlərə aid edir .
Qədim əcdadlarımızın obyektiv aləmi estetik
və qeyri-real şəkildə dərk etmələrini onların
yaratdıqları bədii sənət əsərləri bir daha sübut
edir.
Göründüyü kimi, tunc və İlk dəmir dövrünə aid
maddi mədəniyyət qalıqları və yazılı mənbələr
Cənubi Azərbaycanda və qonşu ərazilərdə ilk
böyük tayfa ittifaqlarının, etnososial səciyyə da-
şıyan birləşmələrin mövcudluğu, cəmiyyətdə
ictimai bərabərsizliyin güclənməsi və tayfalar
arasında siyasi-iqtisadi, etnomədəni əlaqələr
barədə qiymətli məlumatlar verir.
Məlumdur ki, Azərbaycanın qədim tarixi bü-
tün qədim Şərq ölkələrinin tarixi ilə sıx və
qırılmaz şəkildə əlaqədar olmuşdur. Aşşur,
Babil mənşəli mənbələr əsasən Urmiya gölü
ətrafındakı əraziləri işıqlandırsa da, Urartu
mənbələri Cənubi Qafqazın Arazətrafı əraziləri
barədə məlumat verir. Naxçıvan və Zəngəzur
bölgələrində iki qayaüstü yazının aşkar olun-
ması Urartu tayfalarının ərazilərə basqınlar
törətməsindən xəbər verir.
Şərur və xaçbulaq rayonlarından əldə olun-
muş tunc kəmər parçaları üzərindəki çoxsü-
jetli kompozisiyalar Azərbaycan ərazisində
baş verən hərbi yürüşlərin bariz göstəricisidir.
Şərur kəməri üzərindəki kompozisiya ara sahə
və haşiyə zolaqlarından ibarətdir. Şərur kəməri
üzərindəki ornament elementlərinin haşiyə zo-
laqları iki hissədən ibarət olub, birinci hissə hər
iki tərəfdən kiçik dairəvi qabartmalarla, ikinci
haşiyə zolağı isə bir-birinə paralel iki qoşa düz
xətlə verilmişdir. Azərbaycan dekorativ-tət-
Tuğ bayraq (Şəmkir)
Xocalı-Gədəbəy mədəniy-
yətinə aid tunc baltalar
Tunc kəmərdən fraqment
Tunc tac (Göygöl)
Talış-Muğan mədəniyyətinə
aid tunc qılınc (Lənkəran)
1...,120,121,122,123,124,125,126,127,128,129 131,132,133,134,135,136,137,138,139,140,...204