43
ömürləri boyu davam etdirirdilər. Dünyalarını dəyişərkən
onların başdaşı üzərində xalça toxuculuğunda istifadə
edilən həvə, kirkit, qayçı, daraq kimi alətlər və hana rəsmi
təsvir edilirdi.
Xalça-palaz məmulatı həm köçmə (maldar elatlar), həm
də oturaq əhali arasında geniş istehsal olunurdu. Xalça
və xalça məmulatı istehsalı Qarabağ bölgəsinin, demək
olar ki, bütün qəzalarında yayılmışdı. Dağlıq və dağətəyi
kəndlərin əhalisi arasında bu sənət növü zəif inkişaf etmiş,
əksinə, düzənlik rayonların maldar elatları arasında başlıca
məşğuliyyət sahəsi olmuşdur. XIX əsrin sonlarına aid olan
bir məlumatda deyilir ki: “Ağdam icmasında demək olar
ki, bütün müsəlman ailələrində qadınlar xalça istehsalı ilə
məşğul olurdular” [8, 85-87].
Bu faktlar Qarabağ bölgəsində xalçaçılıq sənətinin qədim
tarixə malik olduğunu təsdiqləməklə bərabər, həm də digər
kustar sənət sahələri içərisində xalçaçılığın xüsusilə seçil-
diyini, inkişaf edərək sənətkarlıq və istehsal xarakteri aldı-
ğını göstərir.
Qarabağ xalçaçılıq sənəti rayonu Şuşa, Cəbrayıl, Ca-
vanşir və Zəngəzur qəzaları ərazisini əhatə edirdi. Bu-
rada xalça istehsalı Cənubi Qafqazın başqa hissələrinə
1.
Xalça. "Atlı-itli". Yun. Xovlu. 200x137. 1910-cu il. Qarabağ qrupu.
Zəngilan. Azərbaycan.
2.
Xalça. "Malıbəyli". Yun. Xovlu. 266x141. XIX əsrin ortaları.
Qarabağ qrupu. Şuşa. Azərbaycan.
3.
Xalça. "Çələbi". Yun. Xovlu. 246x143. XX əsrin əvvəlləri.
Qarabağ qrupu. Xocalı. Azərbaycan.
4.
Xalça. Yun. Xovlu. 280x110. XIX əsrin əvvəlləri. Qarabağ qrupu.
Şuşa. Azərbaycan.
3.
4.
1...,35,36,37,38,39,40,41,42,43,44 46,47,48,49,50,51,52,53,54,55,...204