44
nisbətən həm istehsalın həcminə, həm də çeşni
müxtəlifliklərinə görə daha güclü inkişaf etmişdi.
Bunu təsdiq edən mənbələrin birində göstərilirdi
ki, xalçaçılıq Şuşada, demək olar ki, tam kus-
tar istehsalı hesab olunur. Sifarişlə xalça toxun-
masına nadir hallarda təsadüf edilir. Hamı azad
bazar üçün işləyir. Bu sənət üzrə sənətkarların
dəqiq sayını müəyyənləşdirmək çox çətindir; bu
hətta yerli qəza idarəsinə də məlum deyildir. Yal-
nız onu demək olar ki, şəhərin bütün müsəlman
hissəsi bu sənətlə məşğuldur [7, 2].
XIX əsrin 90-cı illərində Qarabağda tədqiqatlar
aparmış Y. Zedgenidze qədim Qarabağ ellərini
qarış-qarış gəzmiş, xalçaçılıq sənəti ilə bağlı
zəngin məlumatlar toplamışdır. Onun əsərində
bu gün Azərbaycan xalçaları hesabına Xalça mu-
zeyi yaratmış ermənilərin toxuculuq sənətindən
bixəbər olduğunu sübut edən maraqlı dəlillər
vardır. Y. Zedgenidze yazırdı: Ermənilər arasın-
da xalçaçılıqla çox az adam məşğul olur. Bunu
ermənilər belə izah edirdilər ki, müsəlman çadı-
rına gedib yun almaq onlar üçün çox təhlükəlidir,
alverçilərdən almaq isə sərfəli deyil. Bundan
başqa, tarixi və məişət şəraiti də onlarda bu
sənətin inkişafına mane olmuşdur: toxuculuq
müsəlmanlara Asiyadan keçmişdir, bu mənada
ermənilər bu sənəti müsəlmanlardan öyrənməyə
məcbur idilər, buna isə iki xalq arasındakı milli
və dini münaqişə imkan vermirdi [7, 2].
Y. Zedgenidzenin bu fikirlərində müəyyən
qüsurlar olsa da, hər halda, onun müsəlman ol-
maması bu faktın dəyərini bir qədər də artı-
rır. Buradan belə bir məntiqi sual doğur: əgər
ermənilər XIX əsrin sonlarında xalça toxuculuğu
ilə məşğul olmurdularsa, hətta azərbaycanlıların
xalça toxuculuğu ilə məşğul olmalarına rişxəndlə
yanaşırdılarsa, XX əsrin sonlarında onların yarat-
dıqları xalça muzeyi, bu xalçaların erməni xal-
çası olduğunu sübut etməyə çalışan qalaq-qalaq
1.
2.
1...,36,37,38,39,40,41,42,43,44,45 47,48,49,50,51,52,53,54,55,56,...204