127
əvəzləyir. Hər sırada medalyonların yeri bir fiqur boyu
sağa, yaxud sola dəyişdirilir, yəni məsələn, üst sıradakı
ulduzşəkilli medalyon alt sıradakı rombşəkilli medal-
yonla üst-üstə düşür.
Dəyişik deyil, eyni tipli ornamentlərdən istifadə edilən
xalçalarda medalyonların sonsuzluğu effekti nəzərə
çarpır (şəkil 31). Bu xalçalarda medalyonlar çərçivə
tərəfindən elə kəsilir ki, yerlikdə kiçik və qeyri-bərabər
sahələr qalır.
Uşak xalçalarının kiçik bir qrupu (şəkil 32) öz
haşiyələrinə görə XVI əsrə, ən azı bu yüzilliyin sonu-
na aiddir. Bunlar görünüşcə İran xalıları qədər sadə
bir sxem üzrə toxunmuşlar. Amma bu zahiri görünüş
aldadıcıdır. Künclərdəki təsvirlər bir mehrab forması
əmələ gətirir. Onun yuxarısında bir çıraq təsviri görü-
nür. Beləliklə, qarşımızda üzərində iki mehrab təsvir
edilmiş namazlıq xalça görürük. Bu sxem tipik İran me-
dalyon texnikasının künc dolğularını xatırladır. Burada
iki mehrabın arasında bir medalyon təsvir edilmişdir.
Belə bir namazlıq xalçada buna məna vermək bir qədər
çətindir.
Ağ yerlikli bəzi xalçaların da Uşak atelyelərində is-
tehsal edildiyi şəksizdir (şəkil 33). Əlimizdə olan
nümunələrin hamısı XVII əsrə aiddir. Bu xalçaların
XVII əsrin əvvəllərindəki rəsmlərdə (şəkil 34) təsvir
edilməsini nəzərə alsaq, onların emalına XVI əsrdə
Şəkil 30
Şəkil 31
Şəkil 32
1...,119,120,121,122,123,124,125,126,127,128 130,131,132,133,134,135,136,137,138,139,...148