31
rıya səmtləndirilmiş uzunsov, bükük formalı enli,
kənarları diş-diş olan budaqlar təşkil edir. Bu-
daqların içərisi “əfşan gülü” adlandırılan stilizə
olunmuş çoxlu xırda, iri nəbati və s. elementlərlə
bəzədilirdi. Ziqzaq, dilikli, diş-diş və hətta hörmə
formasında olan bu budaqlar kompozisiyanı
xüsusilə orijinal və ifadəli edir.
Qeyd etdiyimiz kimi, “Xətai” kompozisiyalı xal-
çalar “Əjdahalı” kimi də tanınır. Bu da bilavasitə
“Xətai” kompozisiyalı xalçaların ara sahəsində
çox zaman əjdaha və yaxud digər mifik heyvanla-
rın təsvir olunması ilə bağlıdır. Azərbaycan bədii
irsində "Əjdaha" motivi, daha çox, xalça sənətində
öz əksini tapmışdır. Əjdaha təsviri Azərbaycanın
həm şimalında, həm də cənubunda toxunan xal-
çalarda istifadə olunurdu. Bu motiv, xüsusilə Qa-
rabağ, Qazax, Quba və Şirvan xalçaçılığında daha
intensiv işlənmişdir. Belə hesab olunur ki, əjdaha
motivi monqollar, xüsusən uyğurlarla birlikdə
Uzaq Şərqdən Ön Asiyaya keçmiş, buradan da
“Xətai” kompozisiyasına gəlib düşmüşdür. Bunun-
la yanaşı, bu motiv Azərbaycanda yerli ornamen-
tal üslubla ahəngdar şəkildə qaynayıb-qarışaraq,
məxsusi xüsusiyyətlər kəsb etmişdir. Belə “Xətai”
–“əjdahalı” xalçaların XVII-XVIII əsrlərə aid zəngin
kolleksiyası Vaşinqtonun Tekstil muzeyində bu
gün də qalmaqdadır.
“Xətai” naxışları ilə bəzədilən incəsənət əsərləri,
adətən, sıravi sənətkarlar tərəfindən deyil, həqiqi
mənada yüksək istedada malik olan rəssamlar
tərəfindən yaradılırdı. Belə əsərlər xüsusi sifa-
riş əsasında yerinə yetirilirdi. XV-XVI əsrlərdə
"Xətai” kompozisiyalı xalçalar o dövrün məşhur
rəssamlarının eskizləri əsasında toxunurdu. Hətta
o dövrdə “Xətai” kompozisiyası yarada bilməyən
rəssam yaxşı rəngkar hesab olunmurdu. Bu kom-
pozisiyanı məharətlə yaradanları isə “xətaiçi” ad-
landırırdılar.
“Xətai”kompozisiyası “Əfşan”, “Şahabbasi”kom-
pozisiyaları ilə yanaşı, xalq mühitinə düşərək yerli
xalçaçılar tərəfindən özünəməxsus şəkildə qəbul
edilir və yeni-yeni kompozisiya nümunələrinin
meydana çıxmasına təkan verirdi. Kompozisiyanın
ilk variantı çoxəsrlik yerli ənənələrə uyğun olaraq
dəyişdirilirdi. XVIII-XIX əsrlərdə, hətta XX əsrin
əvvəllərində Quba, Bakı, Şirvan, Qarabağ, Gəncə,
Qazax xalçalarının ornamental kompozisiyaları-
nın əksəriyyətinin əsasında məhz bu klassik xalça
kompozisiyaları olmuşdur.
“Xətai” kompozisiyasının xalq ənənələri əsasında
belə klassik şəkildə yenidən işlənməsinə Qarabağ,
Qazax, Quba, Şirvan qrupuna məxsus bir qisim
2.
3.
1...,23,24,25,26,27,28,29,30,31,32 34,35,36,37,38,39,40,41,42,43,...148