32
xalçalarda rast gəlinir. “Xətai”, xalçaçılar arasında isə çox
vaxt “qol” adlanan lentvari budaqlar Quba qrupunun
“Qollu Çiçi”, bir qədər ensiz dilikli lentlər Şirvanın “Şa-
maxı”, “Cəyirli”, Qarabağın “Açma-yumma”, “Qarabağ”
və s. xalça kompozisiyaları, həmçinin xovsuz sumaxlar
üçün səciyyəvidir.
“Xətai” kompozisiyası forma və quruluşuna görə
müəyyən dərəcədə “islimi” ilə bənzərdir. Belə ki, bəzi
ədəbi əsərlərdə, xüsusən də poeziyada “islimi” “Xətai”
ilə birgə xatırlanır. Azərbaycan mütəfəkkiri, şair və
rəssamı Sadıq bəy Əfşar (XVI əsr) özünün “Qanun əs-
süvar” əsərində şeirlə “Xətai” və “islimi” ornamentlərini
təsvir edir, onların ta qədim dövrlərdən xalq arasında ge-
niş yayıldığını bildirir.
Bununla belə, hər iki kompozisiyanın özünəməxsus
xüsusiyyətləri vardır. Azərbaycan dekorativ sənətində
geniş kök salmış “islimi” kompozisiyasının bədii quru-
luşunu bir-birinə hörülmüş xırda və orta ölçülü spiral
və qıvrımlar təşkil edir. “İslimi” sadə, qanadlı, haçalı,
butalı, hörmə kimi növlərə bölünür və bu növlərdən ya-
ranan mürəkkəb kompozisiya “islimibəndlik” adlanır.
“İslimibəndlik” kompozisiyasına Şirvanşahlar sarayı-
nın (XV əsr) divar və qapı bəzəklərində, eləcə də XVI-
XVII əsrlərdə Cənubi Azərbaycanda toxunan xalı və
xalçalarda rast gəlmək olar. “Xətai” kompozisiyası kimi
peşəkar sənətkarlar tərəfindən yaradılmış bu kompozisi-
ya daha sonra xalq ustaları tərəfindən toxunan xalçalarda
müəyyən dəyişikliyə uğramışdır. Quba qrupuna məxsus
“Xan” adlı xalça kompozisiyası buna nümunə ola bilər.
Toxuma texnologiyasının inkişafı və sonsuzköçürülmələr
nəticəsində, bu xalçanın naxışları xalçaçılığın spesifik
xüsusiyyətlərinə tabe olub tədricən dəyişərək tamamilə
həndəsiləşmiş və yeni görünüş almışdır.
Ornamental sənətin uzunsürən inkişafı dövründə
məxsusi xüsusiyyətlərə malik olan ləçək, kətəbə, qübbə,
göl və s. kimi yeni-yeni bəzək elementləri yaranmışdır.
İlk vaxtlar bu elementləri sadə xətlərlə haşiyələsələr də,
sonralar onları “islimi” və digər ornament bəzəkləri ilə
haşiyələndirdilər. Bu isə, öz növbəsində, kompozisiyala-
rın zənginləşməsinə və bədii dəyərinin artmasına səbəb
oldu.
Azərbaycan xalçaçılığında “islimi”nin ən mürəkkəb
quruluşa malik növü olan hörmə islimi daha geniş tətbiq
olunmuşdur. Bu ornamentin təsvir olunduğu ən parlaq
nümunə isə hazırda Londondakı Viktoriya və Albert
muzeyində saxlanılan və xalçaçılığın şah əsəri adlandırı-
lan məşhur “Şeyx Səfi” xalçasıdır.
Xalqının sonsuz qürur mənbəyi olan Azərbaycan xalça-
ları məhz özünəməxsus milli bədii xüsusiyyətləri, müd-
rik fəlsəfəsi ilə dünya mədəniyyətinin inkişafına güc-
lü təsir göstərmiş, ümumbəşər mədəniyyətinin böyük
nailiyyətinə çevrilmişdir.
ç
Xalça. “Şahabbasi”. Yun. Xovlu. 318x209.
1900-cü il. Təbriz qrupu. Azərbaycan.
1...,24,25,26,27,28,29,30,31,32,33 35,36,37,38,39,40,41,42,43,44,...148