129
Budapeştin Dekorativ Sənətlər
muzeyində və başqa yerlərdə
qorunub saxlanır.
Azərbaycan folkloru və mifo-
logiyasının bilicisi Mirəli Seyi-
dovun fikrincə Xatay (Xətayi)
sözü öz-özlüyündə qədim bir
türk qəbiləsinin adıdır. Bayat
qəbiləsinin avşarı adlı musiqi
melodiyaları olduğu kimi, çox
güman ki, Xatay qəsəbəsinin
də əjdaha təsvirli “Xətayi” xa-
lıları olmuşdur.
Görkəmli türk alimləri Emel
Esin və Oktay Aslanapa tarixi
mənbələrə əsaslanaraq xalça
üzərində əjdaha təsvirinin Qaf-
qaz, İran və Anadoluda yayıl-
masını türk qəbilələrinin Orta
və Mərkəzi Asiyadan qərbə
doğru axını ilə əlaqələndirirlər.
Xalçalarımızda əjdaha
motivinə geniş yer verilməsi
əbəs yerə olmamışdır. Cünki
o, uzaq keçmişlərdən türk-
dilli xalqların həyatı, məişəti,
folkloru, mifologiyasında
görkəmli yer tutmuşdur.
Məsələn, Azərbaycanın bir sıra
yerlərində bu günədək ilan və
əjdaha totemi ilə əlaqədar yer
adları vardır. Naxçıvanda “İlan
dağı”, Qazaxda “Əjdaha qaya-
sı” və s. Belə adlara biz hazır-
da Ermənistanda Göyçə gölü
ətrafında azərbaycanlılar yaşa-
mış yerlərdə də təsadüf edirik.
İcevan (keçmiş karvansaray)
rayonunun Çaylı kəndində
“Əjdaha yurdu” adlanan yer
buna misal ola bilər. Əjdaha
obrazı Azərbaycan xalq na-
ğıllarında aparıcı mövzu ilə
üzvi surətdə bağlı olubdur.
Məsələn, “Məlikməmməd”,
“Tapdıq”, “Qara at” nağılların-
da əjdahaya geniş yer verilmiş-
dir.
Araşdırmalar göstərir ki,
xalı sənəti üzərində əjdaha
həmişə müsbət totem olma-
mışdır. Vaxt olub ki, o, xal-
çada bir şər obrazı kimi çıxış
etməyə başlayıb. Həm də bu
zaman o, tək deyil, xeyirxah
obraz sayılan simurq quşu ilə
mübarizədə təsvir edilibdir.
Bu tip kompozisiyalı təsvirlər
Azərbaycan xalçaçılığında XV
yüzildən izlənməyə başlayıb
və XVI-XVII yüzildə Təbriz
xalçalarında ən yüksək inkişaf
mərhələsinə çatıbdır.
Xalça ornamentlərimizin
xalqımızın tarixi, mifologi-
yası və folkloru ilə əlaqəsini
xalçalarımız üzərində təsadüf
edilən ağac təsvirləri də təsdiq
edir. İlk növbədə bildirməliyik
ki, keçmişdə türkdilli xalq-
larda ağaca inam çox güclü
olmuşdur. Mənbələr göstərir
ki, türklər ağaca bir yaradıcı
qüvvə kimi baxıb, ona sitayiş
ediblər. Ağaclara “Həyat ağa-
cı”, “Ana ağacı” kimi adların
verilməsi və xalq arasında
onun doğum piri sayılması da
bu anlayışdan gəlmədir.
Həm xalça sənətimiz
üzərində, həm də folklor mi-
fologiyamızda ən çox təsadüf
edilən sərv, nar, palıd ağac-
ları olmuşdur. Rəvayətə görə
sərv ağaclarının ilk şaxələri
behiştdən gətirilmişdir. Son-
ralar Zərdüşt sərv ağaclarının
birini Kaşqarda (Türkistan),
o birinisə Xorasanda (İranda)
əkərək yaymağa başlamışdır.
Sərv ağacının təsvirinə
biz klassik ədəbiyyatımızda
daha çox rast gəlirik.
Qətran Təbrizinin, Niza-
mi Gəncəvinin. Füzulinin
əərlərində ona tez-tez müraciət
edilir. Hətta “Sərvisiyab”,
“Sərvinaz” adlı xüsusi
mahnılar da yaranmışdır.
Azərbaycan ərazisində
müqəddəs sayılan ağaclar-
dan biri də nar ağacıdır. O,
keçmişdə bolluq, artım, do-
ğum mənasını təmsil edirmiş.
Azərbaycan xalq nağıllarından
“Nar qız” nağılını yada salaq.
Burada gənc qız nəinki nar
ağacından doğulur, o həm də
həyatın başlanğıcını təmsil
etməyə başlayır. Bir çox hal-
larda, xüsusilə Şuşa xalçala-
rında nar ağacının ərtafında
cinslərdən olan qoşa maral,
aslan fiqurlarının təsvirinə də
rast gəlinir.
Nəzərdən keçirdiyimiz
ornamentlər göstərir ki, xalça
üzərində müxtəlif kompozi-
siyalarda verilən bu təsvir və
ornamental elementlər heç də
adicə bəzək xarakteri daşıma-
mışdır. Onların hər biri xalqı-
mızın tarixi, folkloru, mifologi-
yası ilə sıx əlaqədə olmuşdur.
1...,121,122,123,124,125,126,127,128,129,130 132,133,134,135,136,137,138,139,140,141,...147