38
mentin “işsiz” olmadığını dilə gətirməliyik.
Bu fikri davam etdirməli olsaq, əminliklə
demək olar ki, çoxəsrlik Azərbaycan xalça-
çılığında onun yaratdığı nümunələr kimi
əsas və köməkçi təsvir motivləri, eləcə
də haşiyələrdən başlayaraq düz mərkəzi
hissəyə qədər “səpələnmiş” müxtəlif ölçülü
elementləri məntiqli, çox vaxt da düşündü-
rücü məna-məzmunla yüklənmiş ikinci bir
xalça tapmaq çox çətindir.
Xalçanın müsbət xüsusiyyətlərini vurğu-
lamaq istəsək, onda heç şübhəsiz müəllifin
asimmetrik biçimli əsərində çoxsay-
lı fiqurların yerləşdirilməsində miniatür
prinsiplərinə tapınmasını və bununla da
görünən fiqur qələbəliyinə baxmayaraq
onların hər birinin görünən və məğzini-
tutumunu
sərgilədiyini
söyləməliyik.
Əlvanlığı iləgözoxşayanxalçada98qəhvəyi-
sarı, 76 boz, 68 qırmızı, 65 yaşıl, 42 mavi
və digər rəng çalarlarından, o cümlədən
20 cür ipək sapdan istifadə yaradıcılığının
çiçəklənmə dövrünü keçirən görkəmli xalça
ustasının yüksək sənətkarlığını və incə rəng
duyumunu əks etdirir.
Sonda əlavə edək ki, xalçaçı-rəssam hələ
ötən əsrin səksəninci illərində “Yaranış”ın
nisbətən kiçik ölçülü variantını hazırlamış
və əsər beynəlxalq ekspertlərin böyük ma-
rağına səbəb olmuşdu. Onun 1986-cı ildə
Frankfurtda keçirilən Beynəlxalq xalça
sərgisinin qızıl medalına layiq görülməsi
də o vaxtlar çox gənc olan xalçaçı-rəssamın
yaradıcı təxəyyülünə verilən layiqli qiymət
idi.
Eldar Mikayılzadə iki il sonra, yəni 2012-
ci ildə çağdaş dünya incəsənətində oxşarı
olmayan “Kəhkəşan” xalçasını tamamla-
maqla yaradıcı potensialına və təxəyyül
sonsuzluğuna görə, doğrudan da, bu gün
bənzərsizolduğunubirdaha təsdiqləmişdir.
Bu bənzərsizliyi şərtləndirən başlıca səbəb-
nəticə azərbaycanlı sənətkarın dünya xal-
ça sənətinə çoxəsrlik fasilədən sonra bədii
həllində çoxsaylı qiymətli daş-qaşlardan
istifadə olunan toxuculuq nümunəsi bəxş
etməsidir. Öncədən deyək ki, xalçanın
kompozisiyasında bu daş-qaşlardan başqa-
larından fərqlənmək və yaxud da orijinallıq
nümayiş etdirmək məqsədilə istifadə olun-
Xalçaçı rəssam: Eldar Mikayılzadə
1...,30,31,32,33,34,35,36,37,38,39 41,42,43,44,45,46,47,48,49,50,...147