69
Q
afqaza səfər etmək üçün on illərlə ha­
zır­lanan planları son bir neçə ildə bu
adı qəribə səslənən yerə - Zaqatalaya
yö­nəlmişdi. Zaqatala hamı tərəfindən İstanbul
bazarında meydana çıxmağa başlayan və bu sa­
hədə xüsusi bilgiyə malik mütəxəssislərdə ma-
raq oyadan bir qrup xovlu xalçaların (texnika
və palitra xüsusiyyətlərini bölüşən) vətəni belə
adlanır. Lakin mənim söhbətləşdiyim şəxslərin
heç biri orada olmamışdı və çoxları onun harada
yerləşdiyindən belə xəbərsiz idilər.
Xalçaların özü isə kifayət qədər realdır. Qərb
dilerlərinin sərgilərində və reklamlarında get-
gedə onlara daha çox rast gəlinir. Onlar həm çox
cazibədardırlar, həm də XIX əsrdə kommersi-
ya məqsədləri ilə kütləvi şəkildə istehsal edilən
kənd xalçalarından fərqlidirlər. Bu isə onların
tədqiqata layiq olduqlarını bir daha təsdiqləyir.
Bəziləri uzun xovları, nisbətən kobud toxu-
nuşu, çoxsaylı təbii rəngli tünd yun arğacla-
rı, zərif, yumşaq (xoş), yatağabənzər tutacağı
və Azərbaycanda bir yerdə birləşən müxtəlif
yerli ənənələrə əsaslanan bir neçə dizaynı ilə,
digərləri isə XIX əsrdə Konya bölgəsindən Zaqa-
talaya köçüb gələn türklər tərəfindən toxundu-
ğunu bildirdi. Əslində isə heç kimin məlumatı
dəqiq deyildi. Beləcə, Erol Kazançı Azərbaycana
və ehtimal ki, Zaqatalaya gedəcəyini bildirəndə,
mən ümidsiz halda onunla getməyimin müm-
kün olub-olmadağını soruşdum. Mənim üçün
təəccüblü olsa da, o razılaşdı. 1994-cü ilin yanva-
rında biz birlikdə Zaqatala axtarışı ilə İstanbul-
dan Azərbaycana uçduq. Qara dənizi keçəndən
sonra biz hamar qəhvəyi düzənliyin, damalı
lövhəyə bənzəyən kolxozların (collective farms),
onların tamamilə düz irriqasiya kanalları ilə
darıxdırıcı yeknəsəqliyin üzəri ilə uçduq. La-
kin sonra Qafqaz dağlarını, iynəuclu və qarışıq
düşmüş təbəqələrin psixi nizamsızlığını, qarla
örtülmüş zirvələri və bənövşəyi-qara vadiləri,
moren və qayaları – heç vaxt insan yaşamayan
yerləri ilk dəfə gördüm. Bura Asiyanın Rusiya-
ya qarışdığı, torpağı sıxışdıraraq əzəmətli qayalı
massivlərə sığınmağa məcbur etdiyi yerdir.....
Zaqatala bir böyükmərkəzi açıqbazar ətrafında
kiçik mağazaları və emalatxanaları ilə geniş,
cazibədar bazar şəhəridir. Geniş asfalt küçələri
təmizdir və ağacların kölgəsindədir. Kəndləri,
təbii ki, fermaçılıqla məşğuldur. Torpaq zəngin
görünürdü və dağlardan axıb gələn çoxlu say-
da kiçik bulaqlarla yaxşıca sulanmışdı. Burada
bağlar bol idi. Tütün isə talvarlarda quruyurdu.
Qoyunlar (keçi deyil), mal-qara və camışlar xır-
da otlaqlarda otlayırdı.
1
3
4
2
1...,61,62,63,64,65,66,67,68,69,70 72,73,74,75,76,77,78,79,80,81,...148