70
Qurumuş bir çayın yatağının sahillərində Ru-
siya işğalçılarına qarşı müqavimət göstərmək
üçün tikilmiş, dərin təəssürat oyadan XIX əsrə
aid istehkam ucalır. Burada balaca bir muzey
var. Əvvəlcə təəccüblənən və şübhəli görünən
bələdçi bizi muzeylə tanış etdi. Muzeydə yal-
nız bir neçə “adi” Qafqaz xalçası vardı – son-
rakı dövrə məxsus olan və yadda qalmayan.
Onlardan heç biri Zaqatala qrupuna aid edilə
bilməzdi. Lakin sonra bizi dağ yamacında
yerləşən Dulus Oba kəndində bir evə apardı-
lar və satışda olan 3 Zaqatala xalçası təqdim
etdilər. İkisinin naxışı nisbətən sadə, şaquli zo-
laqlı idi. Üçüncü isə heyrətamiz dərəcədə bö-
yük “Ləzgi” ulduzlarına malik idi. Hamısına
60-80 arası yaş vermək olardı və bir qədər sinte-
tik boyaqlardan istifadə edilmişdi. Lakin yunu
əla idi və qrupun səciyyəvi strukturuna malik
idi. Biri evin nənəsi tərəfindən toxunmuşdu,
amma ənənə onunla sona çatmışdı; çünki nə
qızı, nə də qız nəvəsi toxucu deyildilər. Mən
rayonda hələ də xalça toxunulub-toxunulma-
dığını barədə soruşanda, bizi buradan 30 km.
məsafədə yerləşən Suagil kəndinə apardılar.
Oranın adamları zaxur idilər və evlərin birində
sarısaçlı, mavi gözlü üç gözəl qız hana qarşı-
sında oturub xalça toxuyurdular. Təəssüf ki,
xalça kimyəvi rənglərlə və İrandan iqtibas edil-
miş dizaynla eybəcər görünürdü. Amma Nənə
küncdə əyləşib əllə ip əyirirdi.
Zaqatalaya qayıdanda bizi məscidə apardılar
və orada biz nəhayət ki, möhtəşəm Zaqatalada
ümidimizi itirdiyimiz Zaqatala xalçalarını tap-
dıq. 1911-ci ildə tikilmiş məscidin həyətində
fəvvarə və zərif rənglənmiş qapı var. Qaran-
lığa alışdıqca, içəridə kimyəvi üsulla boyan-
mış və maşınla toxunmuş xalçaların arasında
mən qeyri-adi naxışlı, parlaq rəngli və yalnız
əqidə sahibinin (etibarlı, sədaqətli adamların)
ayaqları altında köhnələn xalçalar gördüm.
Naxışların bəzilərində, xüsusilə də “Faxra-
lı” adlanan motivdə açıq-aşkar Qazax təsiri
duyulurdu. Onların hər biri mənim bazarda
gördüklərimdən zərif və gözəl idi.
Gənc, mülayimvəmədəni bir imamın kömək­
liyi ilə xalçalara baxdıq, şəkil çəkdik, bir saat
məscidin ətrafında dolandıq. Çay içərkən və
balda konservləşdirilmiş xırda, yabanı alma-
dan bir neçə boşqab yeyəndən sonra, mən bu-
raya uzun səfərimizdən danışmağa başladım:
itməyimizdən və harada olduğumuzu heç vaxt
bilmədiyimizdən. Herman Melvilin sözlərini
xa­tır­ladım: “O, heç bir xəritədə yox idi; həqiqi
yerlər heç vaxt xəritəyə düşmür.”
5
6
8
9
7
1...,62,63,64,65,66,67,68,69,70,71 73,74,75,76,77,78,79,80,81,82,...148