72
Burda haqqında danışılan qədim nümunələrin
əsas qrupuna əlavə olaraq, məsciddə Zaqatala
xarakteristikalı digər xalçalar çoxdur. Sonrakı
dövrlərinməhsulu olan və sintetik rənglərlə dolu
bu xalçalar mənim türk kəndlərində müşahidə
etdiyim bir modelin təsdiqinə xidmət edir: yer-
li məscidlərdə olan xalçalar, şübhəsiz ki, yerli
məhsullardır.
Xalçaların əsas qrupu, əlbəttə ki, tarixi maraq
dairəsindədir. Onları bir qədər inamla nisbi xro-
nologiyaya daxil etmək mümkündür. Ən qədim
nümunələri XIX əsrin ortalarına və ya bir qədər
də əvvələ aid etmək olar. Belə olduğu təqdirdə
onlar müasir məscid binasından əvvəlki dövrə
təsadüf edir. İstifadə edilən materiallara, texni-
kaya və palitraya baxış təsdiq edir ki, onlar daha
çox, beynəlxalq bazara yol açmış daha sonrakı
(ehtimal ki, XIX əsrin sonları - XX əsrin əvvəlləri)
dövrlərə məxsus Zaqatala xalçalarına yaxındır.
Amma göründüyü kimi bu “erkən” qrupa da-
xil olan bir neçə nümunə “sonrakı” nümunələrə
nisbətən daha zərif toxunub, xovu yaxından
kəsilib, daha rəngarəng və parlaqdır, naxışları
daha mürəkkəbdir. Təbii ki, onlar bizim şəhərə
qısamüddətli səfərimiz zamanı mümkün olan
tədqiqatdan daha təfsilatlı araşdırmaya layiqdir.
Bu sayaq maraqlı və kommersiya məqsədləri
üçün münasib olan xalçaları HALI-da nəşr
etdirməklə, biz Qafqazda və Türkiyədə xalça
ticarətində onların mövcudluğunda cəlb olunan
nisbətən az diqqət göstərilmiş elementlər barədə
xəbərdarlıq etmiş oluruq - mənim qeyd etdiyim
məsuliyyət yükü bu faktdan irəli gəlir. Bu isə
onların olduqları "orijinal yerdə" qala bilmələrini
təhlükə altında qoyur. Digər tərəfdən isə, nəşr
oğruların məscidə basqın etməsinin qarşısını
ala bilməsə də, xalçaların açıq bazarda satışını
əngəlləyə bilər.
13
14
15
16
1...,64,65,66,67,68,69,70,71,72,73 75,76,77,78,79,80,81,82,83,84,...148