73
1. Zaqataladan 30 km aralıda yerləşən Suagil kəndində xalça üçün yun əyirən zeyxurlu qadın.
2. Zaqatalaya gedən yolda – Erol Kazançı göstərici sütununun altında.
3. Zaqatala muzeyində arxaik qəbir daşları.
4. Dağlıq Qarabağ, Bərdədən Zaqatalaya gedən yolda rast gəlinən Qazax xalçası. (
Əslində: Zaqatalanın Muxax kəndində toxunan
"Bis" xalçasıdır-prof. V.Muradov)
5. Zaqatala kənd mənzərəsi.
6. Bizim Zaqatala bələdçimiz (solda) və Zaqatala muzeyinin kuratoru.
7. Dulus Obada atlı.
8. Dulus Obada gördüyümüz Zaqatala xalçası. (
Əslində: Zaqatalanın Muxax kəndində toxunan "Bis" xalçasıdır-prof. V.Muradov)
9. Yuxarıda, solda: Zaqatala rayonu Dulus Oba kəndində “Ləzgi Ulduzu” xalçası. (
Əslində: Quba qrupuna aid "Zeyvə" xalçasıdır-prof.
V.Muradov).
10. Aşağıda: Bizə daha yaxşı tanış olan XIX əsrin sonları XX əsrin əvvəllərinə aid olan və indi bazarda rast gəlinən nümunələrə
nisbətən özünün yüksək ilmə sıxlığı, yaxından kəsilmiş xovu, geniş və tünd palitrası və daha mürəkkəb naxışları ilə qədim Zaqa-
tala nümunələri qrupuna aid gözəl xalça.
Bu, ehtimal ki, şəhər məscidində aşkar edilən Zaqatala xalçaları arasında ən qədimidir. Özünün Memlinq-gül formaları ilə əhatə
edilmiş Anadolu üslublu mərkəzi medalyonu, rombşəkilli palmetləri nəzərəçarpan sarı tonu var. Bütün bunlar Zaqatala xalçalarının
mərkəzi Anadoluya (Konya) aid edildiyini (səhvən) aydınlaşdırır. (
Əslində: Gürcüstan Respublikasının Laqodexi rayonunun Qabal
kəndində toxunan xalçadır-prof. V.Muradov).
11. Yuxarıda: Zaqatala şəhər məscidində tapılmış XIX əsrə aid xalça. Üzərindəki naxışlar onun XVII-XVIII əsr “qalxan” (shield) xalça qru-
puna aid olduğunu göstərir. (Bax: HALI 1/1, səh. 4-22). Lakin bu, Zaqatala toxunuşu deyil, cənuba doğru 150 mil məsafədə yerləşən
bir yerə məxsusdur; əsas haşiyəsinin toxunuşu və quruluşu onun Qarabağ toxuculuq ənənəsinə aid olduğunu göstərir.
(Əslində:
Kəlbəcər rayonunda toxunub-prof. V.Muradov).
12. Zaqatala məscidinin qapısı- əsl Zaqatala xalçalarına açılan qapı.
13. “Sevan” üslublu medalyonu olan “zərif” tipli, Zaqatala rayonuna məxsus uzun xalça; Yuxarı hissədə üç əlavə panel və qeyri adi
haşiyə dizaynı var. Bu nümunədə istifadə edilən boyaqlara solan fuksin (fuchsine – göyə çalan qırmızı) rəngi daxildir və buna görə
də xalçanı dəqiqliklə XIX əsrin sonlarına aid etmək olar. Amma parlaq yunu əla keyfiyyətə malikdir və xalçaya hamarlıq, ağırlıq
verir. (
Əslində: Zaqatalanın Car kəndində toxunan xalçadır-prof. V.Muradov).
14. Zaqatala məscidində tapılan xalça qrupunda tarixinə görə sonuncu və qalın xalçadır. Daha erkən (XX əsr) vaxta aid bu xalçanın
rəngləri kasad, rəsmləri isə kobuddur. (
Əslində: Dağıstanın Kumux kəndində toxunan xalçadır-prof. V.Muradov).
15. İlk baxışda nisbətən son dövrlərdə toxunmuş təsiri bağışlayan bu xalça standart kommersiya dövrünə aid “Faxralı” Qazax
nümunələrinə bənzəyir. Amma palitrası, quruluşu və xovunun uzunluğu onun Zaqatala rayonuna aid olduğunu göstərir.
(
Əslində: Azərbaycan xalçalarının Qazax-Borçalı qrupuna aid xalçadır-prof. V.Muradov).
16. Zaqatala rayonu xalçaları üçün səciyyəvi olan zərif toxunuşlu bir nümunə; XIX əsrin II yarısına aid edilə bilər. Medalyonlardan və
kiçik sahə motivlərindən görünür ki, “Çaclı”nın ('Chajli') çeşnisi Qazaxdan götürülüb və əsas haşiyəsi arxaik türk üslubunda işlənib.
Kommersiya üçün nəzərdə tutulmayan, bizə tanış olan eksport bazarı üçün toxunan Qafqaz xalçaları formasında və ölçüsündə
deyil, ev istifadəsi üçün toxunan xalçalar üçün xarakterikdir. (
Əslində: Dağıstan Respublikasının Axtı rayonunda toxunan
xalçadır-prof. V.Muradov).
17. Xalça. Yun. Xovlu. 195x155. 1900-cü il. Zaqatala rayonu. Muxax kəndi. Azərbaycan.
17
1...,65,66,67,68,69,70,71,72,73,74 76,77,78,79,80,81,82,83,84,85,...148