71
Toni Hazledin və Erol Kazançı tərəfindən Za-
qatala məscidində tapılan və ilk dəfə burada
nəşr edilən qədim xovlu xalçaların kiçik bir qru-
pu onları dilemma qarşısında qoydu – görəsən,
xalçaların HALI-da nəşr edilməsi oğrulara dəvət
rolu oynayacaq, yoxsa onları çəkindirəcək? Son-
ra onlar bir məntiqə inanmalı oldular: xaçaların
nəşri ən azından onları həmin an tanıdacaq və
beləliklə, onlar nə vaxtsa beynəlxalq bazara çıxa-
rıldıqları təqdirdə satıla bilməyəcəklər.
Zaqatala məscidində bir neçə maraqlı xalçanın
tapıntısı həm fərəhli, həm də məsuliyyətli idi.
Gözəl və bildiyimiz qədər qeydə alınmamış xal-
çaların aşkar edilməsinin sevinci göz qabağın-
dadır. Əslində, Zaqatala üçün xarakterik sayılan
xalçaları Zaqatalada tapmağın məmnunluğu
hədsizdir, çünki bu səfərə kimi çoxunun Zaqa-
talanın heç min mil məsafəsində belə olmayan
dilerlərin verdiyi ağızdan-ağıza keçən sözlərdən
savayı heç bir təyinatı olmayan Zaqatala xalça-
larının həqiqətən Zaqataladan gəldiyini sübut
edən real heç nə yox idi.
Bununla belə, şəhər məscidində xalçaları (çox
güman ki, onlar şəhər əhalisi tərəfindən illər
keçdikcə vəqf (sədəqə) kimi və ya dini ianə kimi
verilib) görə bildiyimizdən, şəhərdə və ətraf
kəndlərdə evləri gəzib xalçalara baxdıqdan son-
ra daha əminliklə demək olur ki, bu növün aydın
tanına bilən toxumaları, həqiqətən də Zaqatala
bölgəsinə aiddir. Məsciddəki xalçaların başqa
yerlərdən gətirildiyi də mümkündür. Amma
məntiqlə düşünsək, bu qənaətə gələ bilərik
ki, həmin vaxtlarda inanclı kənd sakinləri öz
məscidlərinə, əsasən, yerli məhsulları hədiyyə
edirdilər.
Z A Q A T A L A N I N
M Ə S C İ D X A L Ç A L A R I
10
11
12
1...,63,64,65,66,67,68,69,70,71,72 74,75,76,77,78,79,80,81,82,83,...148