27
neçə min il əvvəl qaya, saxsı, metal məmulatlarda həkk edil­
miş, əcdadlarımızın qədim təsəvvürləri ilə bağlı olmuşdur.
Zili xovsuz xalçaların ən geniş yayılmış növüdür.
Azərbaycanın digər xalça məktəblərində də zili istehsal edil­
mişdir, lakin Bakı mək­təbində, əsasən, Xızı bölgəsində toxu­
nan zililər özəl kompozi­siya quruluşuna və naxışlara malik­
dir. Ara sahə böyük damalar şək­lində qəfəslərə bölünür və
kompozisiya yelənlə əhatə edilir. Zili üzərində həyat ağacı və
həndəsi naxışlar büsbütün abstrakt zoomorf təsvirlərlə toxu­
nur. İkibaşlı əfsanəvi quşlardan ibarət motivlərdə ənənəyə
görə bir bədən toxunur. Şərq xalqları arasında quş ilahi rəmzi
məna daşıyır. Bu motiv mistik dünyanın elçisi, ruhları əbədi
həyata qovuşduran rəmzdir.
Quş simvolu, həmçinin də türk xalqlarının simvolu sayılır.
İyirmi dörd boydan ibarət oğuzların hər birinin bayquşdan
qartaladək müxtəlif quş obrazları şəklində damğaları olmuş­
dur.
Zili xalçası üzərində toxunan quşlar isə bir qayda olaraq,
bir bədən və iki başdan ibarət olurlar. Onlar hər iki dünya­
nın təmsilçisi, dualist fikirlərin rəmzi sayılır. Eyni müqəddəs
mövzu İslam dinində də möv­cud idi. Bu dövrdə quş cənnətin
rəmzi sayılırdı. Yenə də ruhun bədəndən çıxması quşa
bənzədilirdi.
Zili, həmçinin çeşidli konstruktiv quruluşa malik olan
ağac mo­tiv­ləri ilə də zəngindir. Ağac çox qədim zamanlar­
dan həyatın əbə­diliyini təmsil etmişdir. Ağacın kökü qaranlıq
məkan – insanın dünyaya gəlişini, gövdəsi – onun ömür sür­
düyü zaman kəsiyi, budaqları isə insanın dünyanı tərk edib
əbədiyyətə qovuşmasına nişanədir. Zililər çox zaman “buta”
elementləri ilə də bəzədilir. Qədim tarixə malik olan “buta”
Azərbaycan xalçaları / BAKI QRUPU
Bakı. XX əsrin əvvəlləri.
“Xalçasatan”. Avtoportret. Rəssam: Tağı Tağıyev.
1...,19,20,21,22,23,24,25,26,27,28 30,31,32,33,34,35,36,37,38,39,...76