30
“Novxanı” xalçası Bakının eyni adlı kən­
di ilə bağlı olub, tanınmış çeş­ni­lər­dən­dir.
Xalçanın ərişi, arğacı və xovu yun­dan­
dır. Toxunma üsulu türkbafdır. Yum­
şaq xova, yüksək ilmə sıxlığına malikdir.
“Nov­xanı” xalçası Bakı xalçaları arasında
ta­nın­mış klassik kompozisiyadır. Onun
özünəməxsus bədii tərtibatı vardır.
Xalça ara sahə və haşiyə zolağından iba­
rətdir. Haşiyəni altı hissədən ibarət zolaq
təşkil edir. Bu haşiyə zolaqları içərisində
iki cüt zolaq simmetrik şəkildə təkrarlanır.
İlk haşiyə zolağı isə mavi yerliklidir, üzə­
rində mixək çiçəyi adlanan şəkəri rəngli
güllər toxunub. Bu güllər öz aralarında cüt
cinah şəklində toxunduqları üçün onla­rın
düzülüşündə bir ritm, ahəng duyulur.
Ana haşiyə zolağının içərisində svastikaya
bən­zər mücərrəd həndəsi elementlər toxu­
nub.
Xalçanın ara sahəsi sürməyi rəngdədir.
Ətək hissəsində mavi rəngli əbrəş izləri
var. Xalçanın ara sahəsini altıbucaqlı üç
göl bəzəyir. Bu göllərin içərisində yer­
ləş­miş kiçik altıbucaqlı gölün içərisin­
də səkkiz ləçəkli gül toxunub. Bütün bu
göl­­lər, onların içərisini bəzəyən naxışlar
fərqli rənglərdədirlər. Hətta kiçik iç gölü
bəzəyən xırda çiçəklər də tamamilə seçilən
başqa rəngdədir. Naxışların toxunuşu elə
bir düzgün, sistemli şəkildə düzülüb ki,
sanki “Novxanı” xalçasının mərkəzindəki
göl günəş, onu əhatə edən kiçik güllər isə
hə­rəkət edən planetlərdir.
Xalçanın bütün yerliyi naxışlarla zən­
gindir. Butalar, sxematik həndəsi formalı
tənək yarpaqları, zoomorf təsvirlər, romb,
nəzərlik nişanələri çox sıx toxunmuşdur.
Xalça zahirən əsas elementlərinə görə sim­
metrik görünsə də, xırda naxışlarına diq­
qət etdikdə onun bir xalq sənəti nü­munəsi
kimi asimmetrik quruluşa malik olduğu
bəlli olur.
Abşeron xalçalarının digər xalça qrupla­
rından fərqli olaraq öz koloriti, isti rəng­
lərin öz çaları vardır. Mavi, qırmızı, ağ, şə­
kəri tonlar Abşeronun təbiətindən doğan
rənglərlə ahəngdarlıq təşkil edir.
1...,22,23,24,25,26,27,28,29,30,31 33,34,35,36,37,38,39,40,41,42,...76