25
və sınıq xətli işarələr arxaik inancların bədiiləşmiş dili ilə
tərənnüm edilən müsbət enerjinin daşıyıcılarıdırlar.
Bir sıra xalça məktəblərində olduğu kimi Bakı xalçalarının
da çoxu bir qayda olaraq toxunduğu ərazinin adını daşıyırlar.
Bəzi hallarda isə toxunduğu məkanı bildirən yer adlarının ya­
nında kompozisiyanın quruluşunu və ya əsas elementləri an­
ladan ifadələrdən də istifadə edilir. “Xilə-Əfşan” xalçasında
Xilə - Əmircan kəndinin adı olduğu halda, Əfşan – səpələnən,
paylanan anlamında işlənir. Yaxud, “Xilə-buta” xalçasında
ardıcıl olaraq düzülmüş elementi “buta” təşkil edir.
Bakı xalçaları üçün (“Xilə-Əfşan”) nəbati elementlər də
xarakterikdir. Palmet, tənək yarpaqları, islimi ele­mentləri
ənənəyə görə xalça üzərində bərabər yer­ləşdirilir. Bəzən
“islimi” Avropada “arabesk” deyə adlan­dırılsa da bu naxı­
şın mənası yeni, gənc pöhrə, cücərti deməkdir. Yəni sonsu­
za doğru davam edə bilə­cək cücərtiyə bənzətmədir. Digər
çiçəklər və yarpaqlar isə cənnətə olan işarə, cənnətin rəmzi
sayılır.
Bakı xalçalarının haşiyə zolaqlarını bəzəyən naxışları ara­
sında ən geniş yayılmış “kufi”dir. “Kufi” haşiyə zolağı özü­
nəməxsus quruluşa malikdir. Adətən, ana haşiyəni təşkil
edən “kufi”nin tarixi İslamın təsviri sənətə olan təsiri ilə
əlaqələndirilir. Düzbucaq formalı qəfəslər mavi və ya suma­
ğı yerlikli yelən zolağı üzərində cərgə ilə ardıcıl toxunur. Bu
qəfəslər də öz növbəsində mürəkkəb stilizə edilmiş naxışlarla
bəzədilir. Ümumilikdə ərəb kalliqrafik yazı tərzini xatırladan
bu zolaq zəncirə xarakteri daşıyır. Mənşəyi müqəddəs dini
yazılar və ya surələrdən alınan bu haşiyə zolağına memar­
lıqda da rast gəlmək olar. Sonrakı əsrlərdə bu yazılar bir çox
quruluş dəyişikliyinə məruz qalmışdır. Xalçalar üzərində də
Azərbaycan xalçaları / BAKI QRUPU
Məfrəş üzü. Yun. Xovsuz. XIX əsr. Bakı qrupu. Azərbaycan.
“Bakı” xalçasından fraqment. Yun. Xovlu. 1910-cu il.
Bakı qrupu. Azərbaycan.
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...76