23
maqla yanaşı, yerli əhali də onlardan istifadə edirdi. XIX əsrin
30-cu illərində Qalanın duz gölündən 30 min xalvaradək duz
top­lanmışdır. İllər boyu Masazır gölündən toplanan duzdan
da Abşeronda ipliklərin boyanılmasında əvəzedilməz bərkidici
maddə kimi istifadə edilmişdir.
Bir qayda olaraq, öz həzin palitrasını Abşeronun spesifik tə­
bi­ətin­dən – mavi Xəzərdən, kəhrəba qumlardan, bal rəngli sal­
xımlardan, qızılı çalarlı zəfərandan almış bu xalçalardakı özü­
nəməxsus bədiilik boyakarlıq əsərlərində olduğu kimi sakit
rəng­lərin, həzin yarımtonların üzərində qurulmuşdur. Bakı
xal­çalarında üstünlük təşkil edən rəng harmoniyası əksər hal­
larda memarlıqda istifadə edilən “kaşı” bəzək üslubunun mavi,
sürməyi rənglərinə və şəkəri, sumağı tonlarına uyğun seçilirdi.
Abşeron xalçalarını bəzəyən sokral və ezoterik işarələr sistemi,
zoomorf təsvirlər, nəbati elementlər bəşəri məzmunlu atributlar­
dan olub, əbədi dünyanın dərk edilməsinin sirlərini, xalqımızın
erkən dini-mifoloji və əxlaqi təsəvvürlərini estetik ahəngdarlıq
qanunları vasitəsilə əks etdirir. Bu qrupa məxsus çeşnilər tarix
boyu xalq sənətkarları tərəfindən yaşadılmış və yeni təsvir üs­
lublarının yaranmasına zəmin yaratmışdır.
Suraxanı Atəşgah məbədində yanar alovun üzərində ucalmış
svastika nişanı, günəşin təsviri bu yerlərin qədim sakinlərinin
hələ keçmiş zamanlardan oda, alova sitayiş etmələrini sübut edir.
“Suraxanı” xalçası üzərində təsvir edilmiş göl – tək, bölünməz
enerji mənbəyi və ondan ətrafa paylanan şüalar insanların ilk
inancları ilə bağlıdır.
Azərbaycan xalçaları / BAKI QRUPU
Yəhərüstü. İpək tikmə. XIX əsr. Bakı. Azərbaycan.
Xəzər sahilində xalçaların təmizlənməsi.
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...76