32
Xalçanın toxunmasında “bozax” qoyun cinsinin yunundan istifadə edilib. Toxunma üsulu türkbafdır.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə zolağını dörd hissə təşkil edir. Onlardan ikisi simmetrik şəkildə
təkrarlanır. İç haşiyə zolağını kiçik ölçülü üçləçəkli güllər təşkil edir. Ana haşiyə də stilizə edilmiş nəbati naxışlarla bəzədilib.
Bu haşiyə zolaqları həm kolorit, həm də bədii quruluşuna görə Bakı qrupuna xas üslubdadırlar.
Bakı sənətkarları xalçanı döşənək olmaqla yanaşı, estetik duyum, gözəllik mənbəyi, kainat və mistik təsəvvürlərin əks
olunduğu müqəddəs məkan kimi dəyərləndirirdilər. Bu baxımdan da xalça üzərində toxunan hər elementin öz mənası
vardır.
Xalçanın ara sahəsini içərisində on iki ədəd gül təsviri toxunmuş iki altıbucaqlı romb formalı göl təşkil edir. Bu qırmı­
zı yerlikli göllərin daxilində də altıbucaqlı yerliyi sürməyi və onun da mərkəzində səkkizləçəkli gül elementi toxunub.
Beləliklə, göllər “Novxanı” xalçası üçün ənənəvi olaraq bir növ iç-içə xüsusiyyəti daşıyırlar. Göllərin ətrafında, xalçanın
mərkəz hisəsində iki ədəd gül, baş və ətəkdə isə səkkizbucaqlı gölün içərisində səkkizbucaqlı ulduz şəklində elementlər
yerləşdirilib. Şərq fəlsəfəsinə görə xalça, əgər kosmik fəza kimi, kainat olaraq qəbul edilirdisə, demək göl elementi günəş
1...,24,25,26,27,28,29,30,31,32,33 35,36,37,38,39,40,41,42,43,44,...76