26
bu növ haşiyə zolağına Bakı, Şirvan və Quba toxuculuq qruplarında bu
gün tez-tez rast gəlinir.
Bakı xalça məktəbində toxunan “Palaz”, “Kilim”, “Zili” xovsuz xalçala­
rını bəzəyən dolanbac, düz xətt, romb, qarmaqlı və başqa həndəsi forma­
lı elementlər “kilimgülü”, ağac, əfsanəvi quş və heyvan motivləri fərdi
təs­vir üslubları ilə seçilirlər. Bu naxışlar bütövlükdə əbədiyyətlə bağlı
hisslər, duyğular dünyasının xalılar üzərində bədii inikasıdır.
Öz zəngin naxışlar sistemi ilə tanınan və əsasən, Abşeronun Qobu kən­
dində toxunan “Çiyi palaz” xovsuz xalçası yalnız Bakı toxucuları arasın­
da peşəkarlıqla icra edilmişdir. Alabəzək zolaqlar üzərində toxunan sı­
nıq xətlər, romblar, xaçabənzər və çarpaz “X” elementlər Qobu palazları
üçün xarakterikdir. Palaz xovsuz xalçaların ən ibtidai növüdür. Bir qayda
olaraq, bu xalçalarda ara sahə haşiyə zolağı ilə əhatə edilmir. Palazlardan
Abşeron əhalisi məişətdə geniş istifadə edir. Belə ki, döşənək kimi yer və
taxt üstünə, kürsüyə salınan palazlar əvəzolunmazdır.
Palaz xovsuz xalçasını üfüqi istiqamətdə toxunan mavi, sürməyi, qır­
mızı, sarı, yaşıl rəngli enli və ensiz zolaqlar bəzəyir. Bu enli zolaqlar üzə­
rində toxunan bəzək elementləri xalça üzərində toxunmazdan daha öncə
Bu xalçaların güclü bədii
təsir qüvvəsinə malik
olması səbəblərindən bi­
ri də mükəmməl texniki
gös­təriciləri, xüsusilə
yük­sək ilmə sıxlığı nə­
ticə­sində yaranan naxış­
ların dəqiq təsviri ilə
bağ­lıdır.
Xurcun üzü. Yun. Xovsuz. XVIII əsrin sonu. Bakı qrupu. Azərbaycan.
1...,18,19,20,21,22,23,24,25,26,27 29,30,31,32,33,34,35,36,37,38,...76