28
naxışı Abşeron xalça məktəbinin bədii ənənələrini bir çox
xalçalarda təmsil edir. Beləliklə, zili büsbütün yaranış və
əbədiyyət, mistik və dualistik fikirlərlə bağlı sirli kompo­
zisiyaya malikdir. Bu müqəddəs məkanı əha­tə edən ha­
şiyə zolağının isə qoruyucu əhəmiyyəti vardır. O, pak,
müqəddəs məkanı bütün bəd qüvvələrdən və nə­zər­dən
qoruyur.
Bakı kilimləri isə öz isti koloriti, yununun zərif emalı
və toxunuşu ilə seçilir. Üfüqi zolaqlar üzərində toxunan
hən­dəsiləşdirilmiş “kilimgülü” elementi çox məşhurdur.
Bu növ xovsuz xalçadan döşənək və pərdə kimi istifadə
edilmişdir. Üzərindəki kiçik məsamələrdən içəri süzülən
həzin işıq ki­limdən pərdə kimi istifadəni əvəzsiz edirdi.
Abşeron məişətində geniş yayılmış çul, xurcun, heybə,
duz torbası, xaral, ləmi qabağı, məfrəş kimi xalça məmu­
latları da cecim və kilim xovsuz xalçalarının texnoloji
üslubundadır. Tünd-sumağı, mavi, sürməyi, şəkəri, açıq-
qəhvəyi rəng çalarları və incə toxunuş, zərif yun bu əşyaları
digər bölgələrə məxsus nümunələrdən fərqləndirir.
Dolğun tarixi köklərə bağlı olan Abşeron xalça naxışları
ilə bu məktəbə xas isti rəng ahəngi arasında olan vəhdət
toxucuların qədimdən formalaşmış yüksək bədii estetik
duyumuna sübutdur.
Bakı kilimləri isə öz
isti koloriti, yunu­
nun zərif emalı və
toxunuşu ilə seçi­
lir. Üfüqi zolaqlar
üzərində toxunan
həndəsiləşdirilmiş
“kilimgülü” elementi
çox məşhurdur.
Yunun əyirilməsi. Abşeron.
Qız qalasının xalça və xalça məmulatları ilə döşənmiş hücrəsi.
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...76