21
Azərbaycan xalçalarının Bakı qrupu coğrafi baxımdan Xəzər dənizinin qərb sahilini – Ba-
kı-Abşeron bölgəsini əhatə edir. Ona görə də Azərbaycan xalçalarının bu qrupu şərti ola-
raq, Bakı-Abşeron qrupu da adlandırıla bilər. Bakı tarixən dünya ticarət yollarının üstündə
yerləşirdi. Bu yol ilə tacirlər və səyyahlar şimaldan-cənuba, şərqdən-qərbə - Qara dəniz
sahilindəki ölkələrə, İrana, Çinə, Hindistana və s. yerlərə hərəkət etmişlər. Bakıda memar-
lıq sənəti, “güləbətin” üslublu zərif tikmələr, nəfis milli geyimlər, əlvan tirmə şallar, soyuq
silahlar, “şəbəkə”, “mina”, “qarasavad” üsullu zərgərlik nümunələri ilə yanaşı göz oxşa-
yan xalçalar da toxunmuşdur. Bakı xalça məktəbi öz ənənələri, incə bədii üslublu naxışları,
həzin rəng ahəngdarlığı ilə fərqlənmişdir.
AZƏRBAYCAN XALÇALARININ
BAKI QRUPU:
SƏNƏTKARLIQ XÜSUSİYYƏTLƏRİ VƏ
XARAKTERİSTİKASI
“Xilə-buta” xalçasından fraqment. Yun. Xovlu. 1902-ci il. Bakı qrupu. Azərbaycan.
1...,13,14,15,16,17,18,19,20,21,22 24,25,26,27,28,29,30,31,32,33,...76