22
Xalça istehsalı ilə Bakıda, əsasən, Novxanı, Nardaran, Xilə (Əmir­
can), Bülbülə, Suraxanı, Goradil, Fatmayı, Qala kəndlərində, habelə
Abşeronun hüdudlarından kənarda – Xızı bölgəsinin Xızı, Gədi,
Giləzi və Fındığan kəndlərində məşğul olmuşlar.
Xalçaçılıq, əsasən, bol suyun və qoyunçuluğun geniş yayıldığı
əra­zilərdə inkişaf etmişdir. Şamaxıda, Qubada, Şəkidə olduğu ki­mi,
Abşeronda da ən çox “qala” qoyun cinsi üstünlük təşkil etmişdir.
Bakı xalçalarında, eyni zamanda quzu yunundan da istifadə edil­
mişdir. Yumşaq, parlaq quzu yunundan toxunan xalçalar irili-xır­
dalı nəfis elementləri, bədii tərtibatından asılı olmayaraq, zərifliyi
və incəliyi ilə seçilmişdir. Bu xalçaların güclü bədii təsir qüvvəsinə
malik olması səbəblərindən biri də mükəmməl texniki göstəriciləri,
xüsusilə yüksək ilmə sıxlığı nəticəsində yaranan naxışların dəqiq
təsviri ilə bağlıdır. İlmə sıxlığı 38x38 sm-dən başlayaraq 40x40,
42x42, 38x45, 45x45 sm aralarında olan kiçik ölçülü “Novxanı”,
“Suraxanı” və “Fatmayı” xalçaları, eyni zamanda 130x350 sm,
120x300 sm ölçülü nis­bətən iri “Goradil”, “Fatmayı”, “Xilə-buta”,
“Xi­lə-Əf­şan” kompo­zisiyalı xalçalar da istehsal edilmişdir.
Azərbaycanın hər bir xalçaçılıq qrupunda olduğu kimi, Abşeron­
da da xalçaların öz toxunma, emal üsulları olmuşdur. Bununla ya­
naşı, bu bölgənin əhalisi tələbata uyğun olaraq Xəzər sahilində,
dəniz suyu və sabunu əvəz edən gilabı ilə xaçaların yuyulmasına
daha çox üstünlük vermişdir. Əsasən, Qala kəndində əldə edilən gi­
labı ilə yuyulan xalçaların xovu daha parlaq və yumşaq görünürdü.
Abşeron torpağı dağ-mədən yataqlarının məskəni kimi də şöhrət
qazanmışdır. Dəvə karvanı ilə buradan tuluqlarda neft, torbalarda
duz, gilabı və başqa dağ-mədən məhsulları xarici ölkələrə daşın­
Bakılı qız xalça toxuyarkən.
Bakı. XX əsrin əvvəlləri.
1...,14,15,16,17,18,19,20,21,22,23 25,26,27,28,29,30,31,32,33,34,...76