322
Nadir şahın portreti mənzərə fonunda, cənnət bağında,
güllü-çiçəkli ağaclar arasında verilmişdir. Yazın gəlişi ilə açan
gül-çiçək, nəğmə oxuyan quşlar əsas mövzunu əhatə edir.
Xalçada təsvir edilən ağaclar Təbriz miniatür sənətindən sü-
zülüb gələn rəsmlərdir.
Ara sahənin sol hissəsində Nadir şahın taxtının yarımçıq
görünüşü vardır. Nadir şah sağ əli ilə taxtdan yapışmış, sol
əliyləsə daş-qaşla bəzədilmiş, şərq üslubunda işlənmiş qılınc
tutduğu görünür. Şahın libasının ətəyində “küsülü buta”lar
təsvir edilib. Libasın yuxarı hissəsində Nadir şahın orden və
nişanları vardır. Nadir şahın sıx saqqalı, dartılmış qaşları və
mənalı baxışları çox aydın nəzərə çarpır. Şahın qotazlı tacı
daş-qaşla və buta motivləri ilə bəzədilmişdir. Şahın libasının
ümumi görünüşü kökü Şah İsmayıl Xətaidən gələn qızılbaş-
ların geyim tərzini xatırladır. Ara sahənin yuxarı hissəsindəki
sağ və sol künclərdə iki kişi portreti təsvir edilib.
Şahın başı üzərində ərəb əlifbası ilə “ ”
(Nadir Şah) sözü yazılıb.
1...,312,313,314,315,316,317,318,319,320,321 323,324,325,326,327,328,329,330,331,332,...362