321
Nadir şah Əfşara müxtəlif dövrlərdə bir-birindən fərqli kompozisiya qurulu-
şuna malik xalçalar həsr edilmişdir. Yaşadığı dövrdə həmişə hərbi döyüşlərdə
qalib gələn sərkərdənin xarakterinə uyğun təsvir forması xalçalarda öz əksini
tapmışdır. Monumental və aydın quruluşa malik olan bu kompozisiyalar
xalçaçı-sənətkarların yaradıcılığında dəfələrlə yer tutmuş, onlar təsvirə mənəvi
məzmun vermiş, jestlər və pozalar təbiiliyi və ciddiliyi ilə hər bir kəsi valeh
etmişdir.
Xalçanın açıq-qəhvəyi yerlikli ara sahəsi boyu Nadir şahın (1688–1747) ayaqüs-
tü portreti təsvir olunub.
Hakimiyyətin həqiqi sahibi olandan sonra da Nadir şah öz mövqeyini
müharibələrlə möhkəmləndirir və hərbi dühası həmişə onun köməyinə çatır.
Yer üzündə onun qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaq-
la saymaq olar. Nadir şah yürüşlərə çıxmaqla həm də ölkənin iqtisadiyyatını
dirçəltmək, hakimiyyətdəki sülalə dəyişikliyindən narazı qalan əyanları var-
landırmaqla onları öz tərəfinə çəkmək məqsədi güdürdü. 1737-ci ildə Nadir
şah üsyana qalxmış əfqanlara qarşı çıxış edir və həm Heratı, həm də Qəndəharı
tutur. Sonra o, qaçqın əfqanlara sığınacaq verən Hindistana hücum çəkir. Nadi-
rin qoşunları müqavimət görmədən Karnala qədər gəlib çıxır və 1739-cu ilin 24
fevralında Böyük Moğol sülaləsindən Məhəmməd şahın ordusunu darmada-
ğın edərək, martın 20-də Dehlini tutur. Böyük Moğol dövləti üzərinə pulla altı
milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoyulur. Alınmış
hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi
Kelata aparılır və Nadir qəniməti ölənəcən burada saxlayır. Əvvəllər qayda belə
idi ki, qiymətli daşlar əyanlar arasında bölüşdürülürdü, Nadir bu dəfə həmin
qaydanı pozur və daş-qaşı özünə götürür. Bu da döyüşçülər arasında narazılıq
doğurur. Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan “kuhi-nur”
(“nur dağı”) adlanan daş da vardı. Digər məşhur qiymətli daşlar da az deyildi.
Hindistanı tutduqdan sonra Nadir Sindi özünə tabe edir və Mərkəzi Asiyaya
yürüş edir. Güclü müqavimətə baxmayaraq, Nadir şah 1740-cı ildə Buxara və
Xivə xanlıqlarını öz dövlətinin tərkibinə qata bilir.
Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir 1741-ci ildə Dağıs-
tan üzərinə yeriyir. Məsələ burasında idi ki, Nadir Hindistanda ikən dağlılar
tabeçilikdən çıxmışdılar. Üstəlik onların dəstələri tez-tez Dərbənd və Şamaxı,
Kaxetiya və Car-Balakən vilayətləri üzərinə hücuma keçirdilər. 1738-ci ildə Ma-
nik kəndi yaxınlığındakı döyüşdə Nadir şahın qardaşı İbrahim xanın qoşunları
dağlıların birləşmiş orduları tərəfindən məğlubiyyətə uğradılmış, İbrahim xan
və Gəncə bəylərbəyi Uğurlu xan Qacar öldürülmüşdü.
Nadir şah özü də Dağıstanda inadlı müqavimətlə qarşılaşır, lakin hər halda,
1743-cü ilin əvvəllərində bir neçə qələbə qazanır. Görünür, Nadir Dağıstanda
üzləşdiyi çətinliklərdən sonra özünü sındırmamaq üçün üzərində öz adı həkk
olunmuş pul da buraxdırır. Lakin bütün bunlara baxmayaraq, o, Dağıstan-
dan geri çəkilməli olur.
Dağıstanda zəifləmiş nüfuzunu bərpa etmək məqsədi ilə Nadir şah vaxt
itirmədən Osmanlı dövləti ilə müharibəyə girir. Burada döyüşlər ərəb İraqını
ələ keçirmək üçün aparılır. Lakin bu dəfə də döyüşlər gah bu, gah da o biri
tərəfin üstünlüyü ilə keçir və qələbə qazanılmır. Bir səbəb də bu idi ki, Nadir
əleyhinə qalxmış üsyanları yatırmaqdan ötrü qoşununun bir hissəsini İrana və
onun ətrafındakı ölkələrə göndərmişdi. 1746-cı ildə Nadirin Osmanlı İmperi-
yası ilə bağladığı sülh müqaviləsinə görə köhnə sərhədlər saxlanılırdı. Elə bu
illərdə Nadir şah Bəhreyn, Oman və Maskat üzərinə yürüşlər də keçirir; ölkənin
paytaxtını talan edilmiş İsfahandan Məşhədə köçürür və bu şəhərin yaxınlığın-
dakı dağın başında özünə “Kelat” adlı bir qala qurdurur. Nadir xəzinəsini bu-
rada saxlayırdı. Qalanın tikilməsi ağlagəlməz çətinliklər yaradır. Azərbaycan
kəndliləri buraya 10 tonlarla ağırlıqda mərmər təbəqələr gətirirdilər. Eyni za-
manda, Nadir şah Fars körfəzində və Xəzər dənizində donanma yaradılması
işinə başlayır və ordusunu yenidən qurmaq fikrinə düşür. Hər iki məqsədlə
Avropa ölkələrindən mütəxəssislər gətirilir. Onun ordusunda artilleriya və
tüfəngçilər, ağır muşketlərlə silahlanmış piyada döyüşçüləri mühüm yer tu-
turdu. Yeni toplar, mortiralar (qısa lüləli toplar) və nüvələr tökməkdən ötrü
Mərvdə möhkəmləndirilmiş mərkəz yaradılmışdı. Artilleriya və top sınaqla-
rı, topçu və artilleriyaçıların hazırlığı burada keçirilirdi. Bütün bunlar Nadir
şahın gələcək qələbələri naminə edilirdi. Onun geniş planları vardı. O, Xəzər
dənizi boyundakı bütün torpaqları zəbt etmək, Çini də tutmaqla nəhəng bir
dövlət yaratmaq arzusunda idi. Ancaq onun planları həyata keçmədi. Sui-qəsd
nəticəsində Nadir (1747) öldürüldü.
1...,311,312,313,314,315,316,317,318,319,320 322,323,324,325,326,327,328,329,330,331,...362