323
Tünd-qırmızı yerlikli ara haşiyədə uzunsov formalı on iki kətəbə yerləşdirilmişdir. Kətəbələrin yerliyi ara sahənin yerliyi
ilə eyni olub, xalçanın ümumi görünüşünü daha baxımlı edir. Kətəbələrdə “süls” və “sünbülü” adlanan xətlə Nadir Şaha
həsr olunmuş şeirdən parçalar verilmişdir. Fars dilində yazılmış bu şeir parçaları, çox ehtimal ki, Nadir Şaha həsr olunmuş
qəsidə-mədhiyyənin bir hissəsidir. Ümumiyyətlə, Nadir Şaha həsr olunmuş ədəbi əsərlərdən əlavə, onun şahlıq illərini əks
etdirən tarixi əsərlər də nəsrlə yazılmalarına baxmayaraq, bu cür şeir parçaları ilə zəngindir.
Qəsidə ana haşiyənin aşağısında, soldan başlamaqla saat əqrəbi istiqamətində yazılmışdır. Şeirlərin sətri tərcüməsi belədir:
Aşağı ana haşiyədə soldan birinci kətəbə:
(Sanki, dövranın gözü hələ də təəccüb içindədir).
Sol ana haşiyədə aşağıdan-yuxarı ikinci kətəbə:
(Düşmənin gününü qaranlıq gecəyə döndərdi).
Sol ana haşiyədə aşağıdan-yuxarı birinci kətəbə:
(Taleyin qılıncının altından çıxmaq olmasa).
Aşağı ana haşiyədə soldan ikinci kətəbə:
(Onun iti qılıncının gördüyü əməllərdən).
Sol ana haşiyədə aşağıdan-yuxarı üçüncü kətəbə:
(Döyüş vaxtı düşmənin başını bədənindən ayıracaqsan).
Sol ana haşiyədə aşağıdan-yuxarı dördüncü
kətəbə: “
(Allahın əli ilə, yəni Həzrəti Əlinin şəmsiri –iki-
başlı xəncəri ilə).
1...,313,314,315,316,317,318,319,320,321,322 324,325,326,327,328,329,330,331,332,333,...362