325
Ana haşiyədəki kətəbələrin arasındakı boşluqlarda açıq-qəhvəyi yerlikli dairəvi medalyonlar yerləşdirilib.
Medalyonların içərisində həqiqi və əfsanəvi hökmdarların portretləri təsvir edilib.
Ana haşiyənin yuxarı hissəsində, mərkəzdəki medalyonda Saman adı ilə
tarixə düşmüş hökmdarın portreti verilib. Samanilər sülaləsi 819–999-cu illərdə
mövcud olmuş dövlətdir. Xəlifə Mərvdə canişin olmuş Saman adlı bir tacikin
oğlu Əsədə vəzifə verərək, onu da canişin təyin etmişdi. Əsədin 4 oğlu vardı:
Nuh, Əhməd, Yəhya və İlyas. 806-cı ildə Mərkəzi Asiyada yenə xilafətə qarşı
xalq üsyanı baş verdi. Üsyanın başında Müqənnanın tərəfdarları dururdu. Üs-
yanın başçısı isə ərəb sərkərdəsi Rəfi ibn Lays adli birisi idi. Belə bir şəraitdə
Əsədin oğlanları üsyanın yatırılmasında Məmuna kömək edərək, 810-cu ildə
hərəkatı yatırdılar. Bu xidmətə görə xəlifə Saman nəslindən olanları Mərkəzi
Asiyanın müxtəlif əyalətlərinə canişinlər təyin etdi. Belə ki, Nuh Səmərqənddə,
Əhməd Fərqanədə, Yəhya Şaşda, İlyas Usruşanada canişin oldular.
Əhməd öldükdən sonra onun yerinə oğlu Nəsr keçdi. Nəsr ibn Əhməd
Mavərannəhrin müstəqil hakiminə çevrildi və öz adından pul zərb etdi. Lakin
qardaşi İsmayil ibn Əhməd 888-ci ildə Nəsri məğlub edərək, hakimiyyəti ələ
aldi. O, ətraf ərazilərdə yaşayan türk tayfalarının üstünə hərbi səfər təşkil etdi
və dövlətin qüdrətini artırdı. Beləliklə, Samani nəslindən olan İsmayil müstəqil,
tarixdə “Samanilər dövləti” adlandırılan dövlətin başçısına çevrildi. Onun
oglu Əhməd və nəvəsi II Əhməd Nəsrin vaxtında Samanilər dövləti tənəzzulə
doğru getməyə başladi. Çünki bu illərdə Mərkəzi Asiyada yeni türk tayfa itti-
faqları yaranmış və işğalçılıq müharibələrinə başlamışdılar. Xüsusilə Sırdərya
hövzələrində oğuzlar güclənmişdilər.
Samanilər dövləti qısa tarixi dövr ərzində mövcud olsa da, bu Mərkəzi Asi-
yada əkinçiliyin və ticarətin inkişafı ilə səciyyələnir. Mərkəzi Asiyanın böyük
dahiləri, etnik mənsubiyyətcə türk olan Əl-Fərabi və İbn Sina Samanilərin
hakimiyyəti vaxtında yetişmişdilər. Samanilər İslam dininin Mərkəzi Asiyada
möhkəmlənməsində də böyük rol oynadılar. Samani hakimləri çoxlu məscid,
mədrəsə və mavzoleylər tikdirmişdilər. 922-ci ildə Samanilər üzərinə hücum
edən Qaraxanilər tezliklə Buxaranı tuturlar. 966-cı ildə bağlanan müqaviləyə
görə Zərəfşan çayından şimalda yerləşən ərazilər Qaraxanilərin tabeliyinə ke-
çir. 999-cu ildə Qaraxani və Qəznəvi birləşmiş qüvvələri Samanilər dövlətinin
varlığına son qoydular.
Ana haşiyənin yuxarı hissəsində sağdan birinci medalyonun içərisində zər­
düştiliyə görə ilk insan, “Şahnamə”yə görə isə ilk padşah sayılan Kəyumərsin
portreti verilmişdir. Zənd dilində “Böyük dama” mənası verən Kəyumərs otuz
il şahlıq etmiş və tarixdə xoş adla yad edilir; Siyamək adlı oğlu olmuşdur.
1...,315,316,317,318,319,320,321,322,323,324 326,327,328,329,330,331,332,333,334,335,...362