31
31
mәlumatına görә, Gәncәdәn Tiflisə, İrəvana, İraqa vә
digər ölkələrə ipәk parça aparılırdı. Gәncәnin Hin-
distan, Qәrbi Avropa vә Rusiya ilə qurulan ticarət
münasibətləri haqqında məlumatlar da var. Şəhər
ətrafında qazıntılar zamanı İranda istehsal olunmuş
çoxlu miqdarda zәr naxışlı fayans vә hәtta Çinin se-
ladon qabları tapılmışdır.
Әrәb müәllifi Qudamanın yazdığına görә, IX
əsr-X әsrin birinci yarısında Gәncә bol gәlirә malik
vә çiçәklәnәn bir şәhәr idi. Həmin dövrdә o, bütün
Cәnubi Qafqazda tәkcә Bәrdәdәn geridә qalırdı. La-
kin X әsrin ortalarında Bәrdәnin ruslar tәrәfindәn
dağıdılması vә artıq şimaldan keçәn ticarәt yolunun
üstün rol oynaması Gәncәnin mövqeyini xeyli artır-
dı. Şәhәr mühüm әhәmiyyәtli sәnәtkarlıq vә ticarәt
mərkәzi kimi inkişaf etmәyә başladı. O dönəmdə
Gəncənin iqtisadi hәyatında sәnәtkarlıq mühüm rol
oynayırdı. Gәncә sәnәtkarlarının istehsal etdikləri
mallar özlәrinin vә şәhәr әhalisinin ehtiyaclarını
ödәmәklә yanaşı, xarici bazarda da satılırdı.
X әsrdә yaşamış ərəb tarixçisi İbn Hövqәl ya-
zır ki, Gәncә gözәl, zәngin vә sıx әhaliyә malik bir
şәhәrdir; oranın әhalisi әliaçıq, yumşaq tәbiәtli, meh-
riban vә iltifatlı olmaqla xarici qonaqlara vә alimlәrә
çox hörmәt bәslәyirlәr. X әsrin әlyazması ‒ «Hüdud
әl-Alәm» adlı mәnbәdә qeyd olunur ki, Gәncәdәn
«müxtəlif yun paltar ixrac olunurdu».
XIII әsrin әvvәllәrindә fars dilindә yazılmış
«Әcayib әd-Dünya» adlı әsәrdә Gәncә haqqında
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
İncəsənət mərkəzi. Gəncə.
Xurcunda kömür daşıyan kəndli. 1900-cü il. Gəncə.
1...,23,24,25,26,27,28,29,30,31,32 34,35,36,37,38,39,40,41,42,43,...100