33
33
XII—XIII әsrlәrdә Gәncә şәhәrindә memarlıq sәnәti dә özünün
yüksəliş dövrünü yaşamışdır. Gəncədə bu dövrdə tikilən memar-
lıq inciləri memarların, bәnnaların, daşyonanların, dәmirçilәrin,
dülgәrlәrin peşəkarlığından xəbər verir.
XVII әsrdә Gәncә şәhәri toxuculuq mәrkәzi idi. İpәk parça vә xam
ipәk ticarәti sahәsindә Gәncә Yaxın Şərqdə şöhrətlənmişdi. Türk
səyyahı Övliya Çәlәbi Gəncəni təsvir edərək buradakı yerli ipəyin
dünyada çox böyük şöhrət qazandığını yazmışdır.
Tarixi mənbələrdə Gəncə və onun ətrafında ipəklə yanaşı pambıq
istehsalı haqqında da məlumat verilir. Bu, pambıq toxuculuğunu
da stimullaşdırırdı. Gәncә vә әtraf kәndlәrdә xalça toxuculuğunun
olduqca inkişaf etməsi barədə məlumat verilir. Gəncənin peşəkar
ustalarının xalçalarının şöhrəti geniş yayılmışdır.
J. B. Tavernye «Ərәş» adlı ipәkdən danışaraq Gəncənin ipəkçilik
ənənəsini xüsusi vurğulamışdır. Rafael Dyüma Gәncә ipәyinin
digәr ölkәlәrә aparıldığını qeyd etmişdir. Gəncədə keyfiyyətli
«Şәrbaf» və «Şәlva» adlı ipәyin istehsalı haqqında məlumatlar var.
Mənbələrdən bəlli olur ki, bura rus, türk və digər xalqların tacirlәri
gәlir, öz mallarını satır, әvәzindә ipәk alıb aparır, Trabzon, Mol-
dova, Krım bazarlarında satırdılar. Bu şəhərdən hər gün ipəklə və
xalça ilə yüklənmiş karvanların getməsi barədə də danışılır. Gəncə
beynəlxalq Karvan yolunun keçdiyi iri bir şəhər kimi tanınırdı.
Moskva taciri F. Kotov yazırdı ki, İpәk karvan yolu Şamaxı, Әrәş,
Gәncә vә İrәvandan keçirdi. Niyazabad ‒ Hәştәrxan ticarәt karvan
yolu da Gәncәnin ticarәtindә mühüm rol oynayırdı. Bu dövrdə də
Gәncәdәn tәkcә xam ipәk deyil, ipәkdәn hazırlanmış materiallar,
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
Yunun çırpılması. 1917-ci il. Gəncə.
Gəncə Tarix-Diyarşünaslıq muzeyindən.
1...,25,26,27,28,29,30,31,32,33,34 36,37,38,39,40,41,42,43,44,45,...100