34
34
ipәk parçalar və nəfis tərtibatlı yun xalçalar xarici ba-
zarlara göndәrilirdi.
Kapitalizm dövründә Gәncәdә elә sәnәt sahәlәri
var idi ki, onlar fabrik-zavod rәqabәtinә davam
gәtirmirdi. Belә sәnәt sahәlәrindәn keçәçiliyi, silah-
sazlığı, dulusçuluğu, sәrraclığı vә s. göstәrmәk olar.
Lakin elə sənət növləri də var idi ki, onlar öz inki-
şafının yeni mərhələsinə qədəm qoyurdu. Şarbaflıq,
toxuculuq, ipәksarıma, xalçaçılıq, boyaqçılıq sahələri
artan tələbata görə daha da inkişaf edirdi.
XIX әsrin 70-ci illәrinin axırlarında Gəncədə 13
dabbağxana var idi ki, onlarda 80-dәn artıq sәnәtkar
çalışırdı. XX әsrin әvvәllәrindә Gәncәdә istәr dab-
bağların vә istәrsә dә dabbağxanaların sayı bir qәdәr
artmışdı. 1915-ci ildә şәhәrdә 14 dabbağxana vә
110 dabbağ qeydә alınmışdı. Həmçinin ipəktoxuma
sənətinin də səviyyəsi yüksəlmişdi.
Cecim, kәlağayı, daraјı tafta, qanovuz, dәsmal,
baş örtüyü mәmulatları xırda müәssisәlәrdә vә ya
sәnәtkar emalatxanalarında istehsal edilirdi.
Xarici bazarlarda tәlәbatın artması ilә әlaqәdar
olaraq yun mәhsullarının, xüsusən də xalçaların is-
tehsalına tәlәbat artırdı. Məlumatlara görə 1915-ci
ildә Gәncәdә 112 nәfәr sәnәtkar qadın xalçatoxuma
müəssisələrində çalışırdı.
Gәncә sәnәtkarlarının istehsal etdiklәri xalça vә
xalça mәmulatları dünya şöhrəti qazanmış və kül-
li miqdarda alınıb bir çox ölkələrə aparılmışdır.
Məlumatlara görə Gәncә bazarında bir xalçanın qiy­
mәti 10 manat gümüş pula bәrabәr idi.
Gəncənin çoxsaylı məhəllələri arasında Ozan,
Şahsevənlər, Qazaxlar, Qırıxlı, Toxanlı, Üçtəpə, Mol­
lacəmilli, Balabağban, Hacıməlikli, Böyükbağban,
Boyaqçılar məhəllələrində xalça toxunuşu və boyaq-
çılıq öz bədii, texniki inkişaf zirvəsinə çatmışdır.
Faiq Osmanov. İncəsənət mərkəzinin direktoru. Gəncə.
Heydər Əliyev Xatirə Muzeyi. Gəncə.
1...,26,27,28,29,30,31,32,33,34,35 37,38,39,40,41,42,43,44,45,46,...100