32
32
oxuyuruq: «bu, Arranda böyük şәhәrdir vә onun paytaxtıdır. Möhkәm qalası vә istehkamları var. Sıx әhalisi olan vә inkişaf
edәn şәhәrdir. Hündür divarları vә dәrin xәndәyi var. Әhatәsindәki kәndlәr gözәldir, yaşıllıqdır, axar suları boldur. Onun
әhalisi bacarıqlı vә çox ağıllıdırlar. Çoxlu bağları vә ağacları var, çoxlu dadlı meyvәlәri var; mәsәlәn, üzüm, nar, әncir,
qovun, paxla vә tut. Onun әmtәә malları atlaz, parça (diba), pambıq, kәzz-kәşidә vә ipәk idi. Yaxşı şәhәr olduğuna görә
bura dünyanın hәr yerindәn silah gәtirirdilәr. Onun cavan oğlanları ox atmaqda mahirdirlәr, din uğrunda mübarizdirlәr...,
cavanların çoxu keçәdәn papaq qoyurlar».
Arxeoloji qazıntılar zamanı tapılmış müxtәlif əşyalar vaxtilә Gәncәdә peşәkar bәnnaların, dәmirçilәrin, dülgәrlәrin, du-
lusçuların, toxucuların yüksәk sәnәtkarlığından xəbər verir.
Mənbələrdən bəlli olur ki, ipәkçilik Gәncәdә xüsusilә inkişaf etmişdi. Gәncә ustaları pambıq parça vә zәrif ipәkdәn
müxtәlif geyim paltarları hazırlayırdılar. Belә növ paltarlar «әl-Gәnci» adlanırdı. Gәncәdә hazırlanmış yüksәk keyfiyyәtli
paltarların hökmdarlara hәdiyyә kimi verilməsi haqqında məlumatlar var. XI әsrdә Nizam әl-Mülk yazırdı ki, Gәncә
ipәyindәn tikilәn paltar Sәlcuq imperiyasında rütbәdә olan hәrbi işçilәrә hәdiyyә olaraq verilirdi. XIII әsr müәllifi Zәkәriyyә
Qәzvini isә qeyd edirdi ki, “Gəncə ipәyi gözәlliyinә görә başqa ölkәlәrin ipәyindәn üstün idi».
Gəncənin saxsı qabları da şöhrət
qazanmışdır. Belə nümunələrin
qırmızı boya vә möhürlә naxışlan-
ması onlara xüsusi çalar verirdi.
Olduqca möhkәm şar-konusvari
qabların üzərinə basma süjetlər
və hәndәsi naxışlar vurulmuşdur.
Həmçinin dulusçuların şirli qab is-
tehsalı da böyük şöhrət qazanmış-
dır. Bu nümunələrin forma özəlliyi,
çoxçeşidli naxışları, nəfis rəng
tərtibatı o dönəm müəlliflərinin
mü­şa­hidələrində də qeyd olunur.
Arxeoloji tədqiqatlar zamanı aşkar
olunmuş nümunələr Gəncədə bәdii
sәnәtkarlığın yüksək səviyyədə inki-
şaf etməsindən xəbər verir. Buna əsas
zəmin kimi Gəncə ətrafında dəmir,
mis, gümüş, zəy mədənlərinin olma-
sı və şəhərdə sənətkarlığın inkişaf
etməsini göstərmək olar.
Gəncədə ev. Gəncə Tarix-Diyarşünaslıq muzeyindən.
Gəncə Tarix-Diyarşünaslıq muzeyindən.
1...,24,25,26,27,28,29,30,31,32,33 35,36,37,38,39,40,41,42,43,44,...100