40
40
Goranboy rayonu Kiçik Qafqazın şimal-şərq ətəklərində
yerləşməklə, səthi şimala doğru alçalan dağlıq və
düzənlikdir. Cənub və cənub-qərb hissəsini Murovdağ
silsiləsinin şimal yamacları əhatə edir. Rayonun şimalını
Mingəçevir su anbarının sahili boyunca yerləşən Bozdağ
əhatə edir. Cənubdakı Murovdağda Kiçik Qafqazın ən
yüksək zirvələri‒Gamışdağ (3724 m), Murovdağ (3340
m), Keçəldağ (2225 m) yerləşir. Goranboy rayonunun tə­
bii şəraitindəki müxtəliflik özünü iqlim dəyişkənliyin­də
də büruzə verir: yüksək dağlıq tundra iqlimi, qışı quraq
keçən soyuq iqlim, qışı quraq keçən mülayim-isti iqlim,
yayı isti keçən yarımsəhra və quru çöl iqlimi. Dağətəyi
və dağlıq zonada qış nisbətən sərt, yay isə sərin keçir. Bu
çox­cəhətlilik bitki örtüyünə və əhalinin məişətinə də təsir
etmişdir. Rayon ərazisində toxunan xalçalarda hər kəndə
uyğun rəng dəyişməsi, nəzərə çarpan fərqlər məhz bu
səbəbdən irəli gəlir. Bu ərazidə olan düzənliklərin bitki
örtüyü və heyvanat aləmi ipləri özünəməxsus rəng çalar-
ları ilə boyamağa imkan verirdi. Xüsusən də həşəratdan
alınan şux qırmızı rəng Goranboy xalçasını fərqləndirirdi.
Xalçalarda istifadə edilmiş rəng çalarları, kompozisiya qu-
ruluşu və naxışlar bir-biri ilə vəhdət təşkil edir və Gəncə
xalça qrupuna daxil olmaqla bərabər, naxış həllinə görə
coğrafi baxımdan yaxın ərazilərin xalçalarına də bənzəyir.
Qədim inanclardan irəli gələn müxtəlif elementlərin xal-
çalarda əks olunması ilə bərabər, fərqli kompozisiya qu­
ruluşları bu əhalinin digər ərazilərlə sıx əlaqəsindən
xəbər verir. Xalçalarda istifadə olunan naxışlara Qarabağ
ərazisində və Araz sahilində yerləşən kəndlərdə də rast
gəlinməsi Goranboyun mühüm ticarət yollarının üzərində
yerləşməsi ilə bağlıdır.
Goranboy rayonunun Zeynallı, Nadirkənd, Qaramusa-
lı, Qaşaltı, Şadılı, Səfikürd, Tap, Xan Qərvənd, Yolqulular,
Zeyvə kəndləri öz gözoxşayan xalçaları, kilimləri, xurcun-
ları, çulları və digər xovsuz məmulatları ilə tanınırdı.
Goranboy rayonu
Dəliməmmədli şəhərinin girişi.
Aşağı Ağcakənd kəndi. Goranboy.
Türbə kompleksi. XVIII-XIX əsrlər. Rəhimli kəndi. Goranboy.
Goranboy rayonunun girişi.
1...,32,33,34,35,36,37,38,39,40,41 43,44,45,46,47,48,49,50,51,52,...100