36
36
ğı» tunc dövrünə aid olan «Daştəpə» qalaçası, «Çoban daşı», «Molla Abdulla bulağı» qalaçası, dəmir
dövrünə aid olan «Nağara dağı» ilə məşhurdur. Əmirvar kəndində «Yastı qaya» adlanan mənzərəli
guşə hər tərəfdən sıx meşəliklə əhatə olunub. «Ləzgi qayası», «Qara inək» mağarası, «Yal yurdu» qala-
çası, «Göyçəlilər yurdu» qalaçası, «Dərdər» qalaçası rayonda məşhurdur. Qabaqtəpə zonası da turizm
üçün çox əhəmiyyətlidir. Belə ki, 800 m
2
ərazisi olan Alban məbədi kimi respublika əhəmiyyətli tarixi
memarlıq abidəsi, Qabaqtəpə kəndindən 5 km aralıda yerləşən Gəlinqaya təbii abidəsi, Qabaqtəpədən
12 km aralıda yerləşən Şəmkir çayı kimi gözəl mənzərəsi, təmiz havası, saf suları ilə məşhur olan bu
ərazi həmişə buraya gələn qonaqların zövqünü oxşamaqdadır. Rayon mərkəzi ilə Qabaqtəpə kəndi
ərazisində çoxlu qədim tarixə malik körpülər, yaşayış məskənləri, tarixi və təbii abidələr mövcuddur.
Rayonun Tapan kəndində Qudur bulağı, Alaxançallı kəndində Turşsu ərazisi, Qaraqullar kəndində Ağ
bulaq, Zəylik kəndində Düz yal, Bayan
kəndində ecazkar dəmiryol körpüləri və
keçidləri, Çilçirəvənd məbədi, Monastır,
Quşqara çayı üzərində tağvari körpü,
Gurbulaq kəndi ərazisində Dikdaş qala-
çası, Ərkinaz qalaçası, Zağalı kəndində
dünya əhəmiyyətli kurqanlar və daş
qəbiristanlıqlar, Zəylik kəndində Alban
məbədi, daş qəbiristanlıqları, Əhmədli
kəndində türbə, Dardərə kəndində Ça-
lağan qalaçası, Dəstəfur kəndində Gəncə
çayı üzərində salınmış qədimi körpü,
700 m
2
ərazini əhatə edən Alban məbədi
kimi tarixi və təbii abidələr böyük
mədəniyyətin izindən xəbər verir.
Heyvandarlığın, qoyunçuluğun daha
çox inkişaf etdiyi bu rayonda toxu-
nan xalçalar xüsusi çaları, texnikası ilə
özünəməxsusluq əldə etmişdir. Yerli
əhali təbiətin bəxş etdiyi min bir bitkidən
gözoxşayan, xalçaya ecazkarlıq bəxş
edən yeddi təbii rəngi ustalıqla alaraq öz
qədim ənənələrinə uyğun tərzdə xalçalar
toxuyurdular. Sərt təbiəti olan bu rayo-
Daşkəsən şəhəri.
Androdit, epidot. Daşkəsəndən tapılmış qiymətli mineral.
1...,28,29,30,31,32,33,34,35,36,37 39,40,41,42,43,44,45,46,47,48,...100