38
38
Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşən Gədəbəy rayonunun
ərazisi Şahdağ silsiləsi, Başkənd-Dəstəfur çökəkliyi və Şəmkir dağ massivi ilə əhatə olu-
nub. Göylərə baş vuran Qoşabulaq, Qocadağ zirvələri əraziyə möhtəşəmlik bəxş etməklə
bərabər, buranın təbiətini də fərqli edir. Yayı quraq, qışı sərt keçən Gədəbəyin Axınca,
Şəmkir və Zəyəm çayları çağlayan suları ilə məşhurdur; qonur dağ-meşə, çimli dağ-çəmən
torpaqları, meşələri ilə zəngindir. Rayonun dağlarında, meşə və dərələrində heyva-
nat və bitki aləmi çox zəngindir. Elə bu zənginlik də xalçaboyama işində sənətkarların
köməyinə gəlmiş, mineral bulaqların suyu ilə boyanan iplər ancaq bu bölgəyə uyğun
çalar almışdır. Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy-
Xocalı mədəniyyəti adı ilə da­xil olmuş mədəniyyətin tərkib hissəsidir. Bu ərazidə Xocalı-
Gədəbəy mədəniyyətinə aid ta­pılan nümunələrdə dövrün bədii təfəkkürünü və dini-
Gədəbəy rayonu
Koroğlu qalası. Son tunc-ilk dəmir dövrü. Qalakənd. Gədəbəy.
Körpü. Gədəbəy.
1...,30,31,32,33,34,35,36,37,38,39 41,42,43,44,45,46,47,48,49,50,...100