37
37
nun xalçaları xovunun hündürlüyü ilə seçilirdi. Xalçalardakı naxışlar Azərbaycanın Gəncə qru-
punda istifadə edilən klassik elementlər hesab oluna bilər. Qarabağ, Göyçə ilə də gəliş-gedişi olan
yerli toxucular xalça toxuyarkən həmin bölgələrin də spesifik elementlərindən istifadə edirdilər.
Rayon ərazisində aparılan qazıntılar zamanı tapılan məişət əşyalarının bədii həlli və üzərində
olan naxışlar əski inanclardan, qədim dünyagörüşündən xəbər verir. Xalçalara vurulan naxışla-
rın qədim əşyalarda olan naxışlarla eynilik təşkil etməsi bütöv bir mədəni həyatdan xəbər verən
hadisədir.
Daşkəsən rayonununÇanaqçı , Çovdar , Dəstəfur, Əmirvar, Qaratağlar,Mollahəsənli, Şahkərəm,
Zağalı kəndləri mühüm xalçaçılıq məntəqəsi kimi şöhrət qazanmışdır.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
Qoşqar dağı. Daşkəsən.
Gəncəçay üzərində qədim körpü. XII-XIII əsrlər.
1...,29,30,31,32,33,34,35,36,37,38 40,41,42,43,44,45,46,47,48,49,...100