77
77
Bu xalçanın gölləri çox orijinaldır; onlar səkkizbucaqlıdırlar və hər bir bucağa diqqət yetirdikdə onun stilizə edilmiş quş
başı olduğunu aydın görmək olur. Xalça üzərində toxunan naxışlar minilliklər boyu formalaşaraq günümüzədək gəlib
çatmışdır. Onlar tarix boyu stilizə edilib şəkildən-şəklə düşmüş, ilkin mənalarını itirsələr də başqa bir məzmunda özlərini
ifadə etmişlər. Lakin buna baxmayaraq, xalçalarda obraz kimi yenə də öz müqəddəsliklərini qoruyub saxlamışlar.
Gəncə xalçası üzərində toplanmış bal, şəkəri tonlar çox yumşaq ahəng təşkil edirlər. Bu kompozisiya ilə rənglər, ölçü,
naxışlar, toxuma üsulu arasında böyük əlaqə var. Xalça maddi və mənəvi baxımdan zərif olduğu qədər də kamildir.
Xalçanın toxunduğu Daşkəsən bölgəsi zəngin bitki örtüyünə malikdir. Bu coğrafi şərait ipboyama işinə də təsir et-
mişdir. Xalçada təbii yolla Zağalı kəndinin bitki örtüyündən alınmış yeddi rəngin çalarında olan və əl ilə əyrilmiş yun
iplərdən istifadə edilmişdir. Ağ, qırmızı, sarı, yaşıl, sürməyi, mavi, qara rənglər xalçaya xüsusi görünüş bəxş edir. Xalça
Dəliməmmədlidə şəxsi evdə saxlanılır.
Xalçanın sıxlığı 25x45 sm-dir. Xalçanın hündür xovu, əriş və arğacı yundur. Xalça tarixi, elmi və bədii əhəmiyyət daşıyır.
Saxlanma vəziyyəti əladır.
Xalça. Yun. Xovlu. 420x80. 1890-cı illər. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,69,70,71,72,73,74,75,76,77,78 80,81,82,83,84,85,86,87,88,89,...100